Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-160/2024 26.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 30 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 499.40 manat əsas, 167.10 manat faiz, 28.39 manat cərimə, 2 manat komisyon haqqı olmaqla, cəmi 696.89 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 29 faizədək olmaq şərtilə xx.xx.2025 müddətinə 500 manat məbləğədək limit ayrılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 499.40 manat əsas, 167.10 manat faiz, 28.39 manat cərimə, 2 manat komisyon haqqı olmaqla, cəmi 696.89 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Ərizənin surətindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhvəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olmuş, həmçinin bank tərəfindən cavabdehin bankda qeydiyyatda olan mobil nömrəsinə cavabdehə xx.xx.2025 il tarixinədək, illik 29%-lə 500 manatlıq kredit xəttinin açılması təklif edən sms mətn göndərilmiş və cavabdeh həmin mətnə razılıq münasibəti bildirmişdir. İşə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli BANK/PİKMD/1142279 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 25 oktyabr 2023-cü il tarixə 499.40 manat əsas, 167.10 manat faiz, 28.39 manat cərimə, 2 manat komisyon haqqı olmaqla, cəmi 696.89 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 25 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025 müddətinə illik 29 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 499.40 manat əsas, 167.10 manat faiz, 28.39 manat cərimə, 2 manat komisyon haqqı olmaqla, cəmi 696.89 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 696.89 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 0.40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tam təmin edilsin. Cavabdeh 30 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 696.89 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-160/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-160/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver