Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-162/2024 05.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 26 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3021.85 manat əsas borc, 480.76 manat faiz, 13.81 manat cərimə borcu olmaqla, cəmi 3516.42 manat borcun, ödənilmiş 0.40 manat xidmət haqqının və 55.17 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il müddətinə illik 24 faiz ödəmək şərtilə 3085 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 3021.85 manat əsas borc, 480.76 manat faiz, 13.81 manat cərimə borcu olmaqla, cəmi 3516.42 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 26 dekabr 2022-ci il tarixli 602nkKPZ/22 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh xx.xx.2025 il tarixinədək, illik 24 faiz ödəmək şərtilə 3085 manat məbləğində kredit cavabdehin mülkiyyətinə verilmiş və ona bank hesabı açılmışdır. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli BANK/PİKMD/1145309 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 03 noyabr 2023-cü il tarixə 3021.85 manat əsas borc, 480.76 manat faiz, 13.81 manat cərimə borcu olmaqla, cəmi 3516.42 manat borcu mövcuddur. İşə əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 55.17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli 602nkKPZ/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025 müddətinə illik 24 faiz ödəmək şərtilə 3085 manat məbləğdə kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 3021.85 manat əsas borc, 480.76 manat faiz, 13.81 manat cərimə borcu olmaqla, cəmi 3516.42 manat borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3516.42 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 55.17 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3516.42 manat manat borc, 0,40 manat xidmət haqqı və ödənilmiş 55.17 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-162/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-162/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver