Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-163/2025 10.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X19 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X9 etibarnamə üzrə nümayəndəsi X10, Cavabdeh X5 iştirakı ilə, İddiaçı X9 cavabdeh X6 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X13 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulan 14 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 mediasiyaya müraciət etdiyi 30 noyabr 2024-cü il tarixdən hesablanaraq bir uşağa görə 300 manat sabit pul alimentin və mediasiya xidməti üçün ödənilmiş 60 manat xidmət haqqının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X16 ərizə ilə məhkəməyə müraciət edərək vəkilə ödənilən müqavilə üzrə xidmət haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 etibarnamə üzrə nümayəndəsi X16 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı X13 ilə cavabdeh X5 birgə nikahından 14 avqust 2011-ci ildə Məhəmmədəli adlı uşaqları doğulmuşdur. Hazırda həmin uşaq iddiaçının himayəsindədir. Cavabdeh uşağın maddi təminatı üçün heç bir köməklik göstərmir. İddiaçı uşağın maddi tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı X13 ilə birgə nikahların dörd uşaqları doğulmuşdur. Uşaqların üçü yetkinlik yaşına çatmışdır. 14 avqust 2011-ci il təvəllüdlü Məhəmmədəli iddiaçının himayəsindədir. Buna baxmayaraq özü də ona həmişə diqqət və qayğı göstərir. Həmçinin ayda 600 manat məbləğində pensiya alır. Qanuna müvafiq olaraq pensiyasının ¼ hissəsi miqdarda aliment tutulmasına etiraz etmir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14 avqust 2011-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. X2, anası X11r. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və vətəndaş X13 ilə olan nikah ləğv edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 22 sentyabr 2005-ci il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. Qadına Məmmədova soyadı verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 dekabr 2024-cü il tarixli 5-42-2/2-374/2024 nömrəli arayışından görünür ki, X13 Вaşkəsən rayonu Bayan kəndində qeydiyyatdadır və 14 avqust 2011-ci il təvəllüdlü X3 ilə birgə yaşayır. İşə əlavə olunmuş Göygöl 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 06 iyun 2024-cü il tarixli MŞG/1/2024-00180 nömrəli arayışdan görünür ki, X9 “aliment tələbi, əmlak bölgüsü və əmlaka çəkilən xərcin bölünməsi tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf X8 12 dekabr 2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. X13 tərəfindən X6 30 noyabr 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Hüquqi yardımın göstərilməsi haqqında 17 mart 2025-ci il tarixli EM-1020VK-15820/25 nömrəli müqavilənin surətindən görünür ki, hüquqi yardım göstərilən X13 ilə vəkil X16 arasında bağlanmış müqavilənin 1.1 bəndi bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2 bəndi vəkilə həvalə edilən tapşırığın mahiyyəti: mülki iş. Müqavilənin 2.1 bəndi hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İşə əlavə olunmuş 13 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, X13 tərəfindən 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı X13 ilə cavabdeh X5 birgə nikahından 14 avqust 2011-ci ildə X3 doğulmuşdur. Hazırda 14 avqust 2011-ci ildə X3 iddiaçının himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İddiaçı uşağın saxlanması üçün 300 manat məbləğində aliment təyin olunmasını tələb edir. Lakin, iddiaçı məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanları əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14 avqust 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh X4 22 yanvar 2025-ci il tarixdən hesablanmaqla ölkə üzrə minumum əmək haqqının 0,50 misli həddində (200 manat) aliment tutulub iddiaçı X12 ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 06 iyun 2024-cü il tarixli MŞG/1/2024-00180 nömrəli arayışdan görünür ki, X8 12 dekabr 2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ödənilmiş 60 manat mediasiya xərcinin 30 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi xidmətlə bağlı ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 2400 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1.000 manatadək olduqda 30 manat hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 14 avqust 2011-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay cavabdeh X4 22 yanvar 2025-ci ildən başlayaraq hesablanmaqla ölkə üzrə minumum əmək haqqının 0,50 misli həddində aliment tutulub iddiaçı X12 ödənilsin. İddiaçı X9 ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin 30 (otuz) manat hissəsi və hüquqi xidmətlə bağlı ödənilmiş 300 (üç yüz ) manat, cəmi 330 (üç yüz otuz) manat cavabdeh X4 alınıb iddiaçı X12 verilsin. X4 44 (qırx dörd) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X15 ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-163/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-163/2025
10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver