Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-166/2023 14.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 14 mart 2023-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 27 avqust 2021-ci il tarixli BBUM4079430A299 saylı kredit müqaviləsi üzrə 2261.80 manat əsas, 84.55 manat faiz borcu olmaqla, cəmi 2346.35 manat kredit borcu və ödənilmiş 43.46 manat dövlət rüsumunun İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 16 fevral 2023-cü il tarixdə “bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 27 avqust 2021-ci il tarixli BBUM4079430A299 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehin kartına illik 25 faiz dərəcəsi ilə 3400 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2261.80 manat əsas, 84.55 manat faiz borcu olmaqla, cəmi 2346.35 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşə əlavə edilmiş 27 avqust 2021-ci il tarixli BBUM4079430A299 saylı “Birkart Umico Kredit müqaviləsi”nin surətindən görünür ki, bu müqaviləyə görə Bank müştəriyə “Birkart Umico” ödəniş kartı verir və Müştrəinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayrılmışdır. İşə əlavə edilmiş 30 yanvar 2023-cü il tarixli 15/533 Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 19 yanvar 2023-cü il tarixə 2261.80 manat əsas, 84.55 manat faiz borcu olmaqla, cəmi 2346.35 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 43.46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli BBUM4079430A299 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 25 % dərəcəsi ilə 3400 manat məbləğində pul cavabdehin hesabına köçürülmüşdür. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2261.80 manat əsas, 84.55 manat faiz borcu olmaqla, cəmi 2346.35 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli BBUM4079430A299 saylı kredit müqaviləsi üzrə 2261.80 manat əsas, 84.55 manat faiz borcu olmaqla, cəmi 2346.35 manat məbləğ tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 43.46 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1,216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27 avqust 2021-ci il tarixli BBUM4079430A299 saylı kredit müqaviləsi üzrə 2261.80 manat əsas, 84.55 manat faiz borcu olmaqla, cəmi 2346.35 manat və ödənilmiş 43.46 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2389 (iki min üç üz səksən doqquz) manat 81(səksən bir) qəpik tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-166/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-166/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver