Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-17/2025 04.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərisəzi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə, onun dəyəri kimi 2277,40 manat məbləğın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş İddiaçı nümayəndəsi məhkəmə iclasınbda iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(030)-05/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm icra olunması üçün aidiyyəti üzrə İddiaçınə göndərilmişdir. Cəzanın icrası ilə bağlı 17 may 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvanda onun üzərinə “ATTENRİ” markalı sadə qolbaq tətbiq edilmişdir. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd adapret təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri, itəcəyi və ya zədələndiyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu yararsız vəziyyətə salmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubuna əsasən “ATTENTİ” markalı sadə elektron nəzarət vasitəsinin dəyəri cəmi 2277,40 manat təşkil edir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin 29 iyul 2021-ci il tarixli ED-M 96-21 nömrəli məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edimiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yarasız hala salınması hallarında, həmin vasitələrin dəyəri nəzarət subyektində tutulmuş 1. Sadə elektron qolbaq – 1 ədəd, sadə elektron qolbaq-x1, mobil nəzarət qurğusu-x1, elektrik adapteri-x1, proqram lisenziyası-x1 1930 manat, ƏDV 347,40 manat olmaqla, cəmi 2277,40 manat təşkil edir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(030)- 05/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən və Göygöl rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdrilimədən saxlanılmışdır. Cavabdeh cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət İddiaçınə həvalə edilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə 13 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(030)-05/2022 saylı hökmü ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin, həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. 1. Biometrik məlumatların yoxlanması üçün lisenziyalar 88,26 manat. 2. Ev siqnal ötürücüsü – 1 ədəd 108,32 manat. 3. Mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346,03 manat. 4. Elektron qolbağı (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) – 637,91 manat. 5. Cəmi – 2180,52 manat. Protokol icra məmuru Nümayəndə2 və məhkmu Cavabdeh tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağılı hüquq və vəzifələrinin izah edilməsi barədə 17 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, ünvan 1-da yaşayan məhkum Cavabdeh ayağına 078CE07012 markalı sadə qobağı bağlanmış və “ATTENTİ” markalı 35630831 nömrəli mobil nəzarət qurğusu təhvil verilmişdir. Eyni zamanda, məhkum Cavabdeh cəzanın icrası ilə bağlı hüquq və vəzifələri icrası izah edilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə 05 sentyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(030)-05/2022 saylı hökmü ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh təhvil verilmiş “ATTENTİ” markalı 35630831 seriyalı mobil nəzarət qurğusuna texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, mobil qurğu açılmır. Bununla bağlı Elelktron Monitorinq İdarəsinin növbətçi dispeçiri ilə rabitə əlaqəsi saxlanılmış və dispeçer mobil qurğunun daxilinə müdaxilə olunduğu bildirilmiş və mobil qurğuda vizual şəkildə hər-hansı müdaxilə aşkar edilməmişdir. Bununla da, məhkuma yeni ENV tətbiq olunması tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş 21 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə2 və məhkum X1 iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, İddiaçı icraatında sonuncunun barəsində olan Daşkəsən rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(030)-05/2022 saylı hökmünə əsasən 12/2022 saylı nəzarət iş üzrə məhkum Cavabdeh təhvil verilmiş avandalıqda “ATTENTİ” markalı 35630831 və 35628374 seriaylı mobil nəzarət qurğularında olan texniki nasazlıq səbəbindən məhkumdan təhvil alınmışdır. Məhkum Cavabdeh təhvil verilmiş və texniki nasazlıq olduqdan sonra təhvil alınmış avadanlıqları – 1 ədəd sadə elekton qolbağı -saz vəziyyətdə, 1 ədəd mobil nəzarət qurğuları nasaz vəziyyətdə, 1 ədəd adaptor - saz vəziyyətdə. Məhkum Cavabdeh tərəfindən təhvil verilmiş avadanlıqlar tam komplekt şəklində geri qaytarılmışdır. Aktın doğruluğu tərəflərin imzası ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin elektron nəzarət dəstinin vəziyyəti haqqında 14 noyabr 2022-ci il tarixli texniki rəyinin surətindən görünür ki, Cavabdeh quraşdırılmış “Attenti V6” markalı 35630831 nömrəli mobil qurğusunda ana platada korroziya izləri aşkarlanmış, istifadəyə tam yarasız hesb edilmişdir. İşə əlavə edilmiş "xxxx" QSC-nin 10 fevral 2025-ci il tarixli məktubundan görünür ki, mobil qurğuların və elektron qolbaqların nəzarət subyektinə tətbiqi və üzərindən çıxarılması təyin olunmuş icra məmuru tərəfindən həyata keçirilir. Daha sonra icra məmuru çıxarılmış mobil qurğunu və elektron qolbağı Bakıda yerləşən Probasiya Xidmətinə təhvil verir. Əməkdaşlar emal və təmir prosesini həyata keçirmək məqsədi ilə adı çəkilən qurğuları Probasiya xidmətindən təhvil alırlar. Sözügedən mobil qurğu Probasiya xidmətindən təhvil alarkən qurğu qeyri-işlək vəziyyətdə olmuş və qurğunun korpus qapaqlarının yapışdırıldığı aşkarlanmışdır. Mobil qurğunun korpusun yapışdırılması halı adətən qurğunun korpusunu açmaq məqsədi ilə kənar müdaxilənin nəticələrini aradan qaldırmaq üçün və yaxud ehtiyatsızlıq üzündən qurğunun korpusunun zədə alıb açılmasının qüsurlarını aradan qaldırmaq məqsədi ilə həyata keçirilir. Korpusu yapışdırılmış qurğunu açıb (standart qaydada – vintləri açaraq) diaqnostika/müayinə etmək mümkünsüz olur. Bu isə özlüyüyndə qurğujnun istehsalçı tərəfindən buraxılmış funksional xüsusiyyətlərinin pozulmasıdır. Yapışdırılmış korpusu olan qurğunun gələcəkdə cərəyan batareyasının dəyişdirilməsi və üzərində digər təmir-bərpa işlərinin aparılması mümkünsüz olur. Bu səbəbdən istehsalçı tərəfindən təqdim olunmuş servis təlimatına əsasən bu cür qurğular istifadəyə yarasız hesab edilir. Probasiya Xidmətində istifadə olan “Attenti” markalı elekltron nəzarət vasitələri (komplekt halda) Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında təqdim olunur və Evrodizayn şirkəti olaraq digər fərdi şəxslərlə pərakəndə satış həyata keçirilmir. Bu səbbədən elektron nəzarət vasitəsinin hissələri üçün ayrıca qiymət təqdim edə bilməyəcəklərini, Elektron nəzarət vasitəsinin tam komplektinin qiyməti haqqında məlumatı Ədliyyə Nazirliyinin Maliyyə-Təminat İdarəsində əldə edilə biləcəyi bildirilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(030)-05/2022 saylı hökmü ilə Cavabdeh 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın surəti icra olunması üçün İddiaçınə göndərilmişdir. Cəzanın icrası ilə bağlı 17 may 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvanda onun üzərinə “ATTENTİ” markalı sadə qolbaq tətbiq edilmişdir. Bununla yanaşı Cavabdeh 078CE07012 markalı sadə qobağı bağlanmış və “ATTENTİ” markalı 35630831 nömrəli mobil nəzarət qurğusu təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri, itiriləcəyi və ya zədələnəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salınacağı halda dəyərinin cavabdehdən tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. 05 sentyabr 2022-ci il tarixli protokolla Cavabdeh təhvil verilmiş “ATTENTİ” markalı 35630831 seriyalı mobil nəzarət qurğusuna texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, mobil qurğu açılmır. Bununla bağlı Elelktron Monitorinq İdarəsinin növbətçi dispeçiri ilə rabitə əlaqəsi saxlanılmış və dispeçer mobil qurğunun daxilinə müdaxilə olunduğu bildirilmişdir. Bununla da, məhkuma yeni ENV tətbiq olunması tövsiyyə olunmuşdur. 21 sentyabr 2022-ci il tarixli akt tərtib edilərək Cavabdeh təhvil verilmiş avandalıqda “ATTENTİ” markalı 35630831 və 35628374 seriaylı mobil nəzarət qurğularında olan texniki nasazlıq səbəbindən məhkumdan təhvil alınmışdır. Məhkum Cavabdeh təhvil verilmiş və texniki nasazlıq olduqdan sonra təhvil alınmış avadanlıqları – 1 ədəd sadə elekton qolbağı -saz vəziyyətdə, 1 ədəd mobil nəzarət qurğuları nasaz vəziyyətdə, 1 ədəd adaptor - saz vəziyyətdə olmuşdur. Məhkum Cavabdeh tərəfindən təhvil verilmiş avadanlıqlar tam komplekt şəklində geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin 29 iyul 2021-ci il tarixli ED-M 96-21 nömrəli məktubu ilə probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edimiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yarasız hala salınması hallarında, həmin vasitələrin dəyəri nəzarət subyektində tutulmuş 1. Sadə elektron qolbaq – 1 ədəd, sadə elektron qolbaq-x1, mobil nəzarət qurğusu-x1, elektrik adapteri-x1, proqram lisenziyası-x1 1930 manat, ƏDV 347,40 manat olmaqla, cəmi 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə hökmünə əsasən məhkum olunmuş şəxsin üzərinə elektron nəzarət vasitəsini qəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş olmasından asılı olmayaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə təqsirli əməl (hərəkəti və ya hərəkətsizlik) və bu bununla zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. İş üzrə sənədlərdən göründüyü kimi mövcud nasazlığın səbəblərini araşdırmaq və müəyyən etmək səlahiyyəti olan orqanın məlumatlarında nasazlığın baş vermə səbəbləri qeyd olunmamışdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-17/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-17/2025
04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver