Məhkəmə qərarları › İş №2(030)-171/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-171/2023

05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-171/2023 05.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluçusu X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərisəzi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sadə elektron qolbağı yararsız vəziyyətə saldığına görə, qolbağının dəyəri kimi 1346,03 manat məbləğın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluçusu X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(030)-02/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm icra olunması üçün aidiyyəti üzrə İddiaçınə göndərilmişdir. 13 aprel 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbağı bağlanaraq, bir ədəd mobil nəzarət qurğusu və onun MNQ-nun adapteri məhkuma təhvil verilmiş, elektron nəzarət vasitələrinin itiriləcəyi və ya zədələnəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salınacağı halda dəyərinin cavabdehdən tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. 30 avqust 2022-ci il tarixdə gündüz saatlarında naməlum həşarət sancması nəticəsində Cavabdeh əməliyyat olunması üçün ayağına bağlanmış sadə elektron kəmər açılmış, bununla bağlı mobil nəzarət vasitəsinə texniki baxış keçirilmiş və mobil nəzarət qurğusunun ekranının sağ alt hissəsinin sındırıldığı müəyyən edilmişdir. Buna dair texniki protokol tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh yararsız vəziyyətə saldığı elektron qolbağın hansı dərəcədə zərər görməsi ilə əlaqədar texniki rəy verilməsi üçün 16 yanvar 2023-cü il tarixdə Ədliyyə Nazirliyi Elektron Monitorinq İdarəsinə göndərilmişdir. Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin 16 yanvar 2023-cü il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyi ilə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranının sındırıldılması müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə dəyəri 1346,03 manat təşkil edir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(030)-02/2022 saylı hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla əlaqədar olaraq icra məmuru tərəfindən ayağına sadə elektron qolbağı bağlanmışdır. 2022-ci ilin avqust ayında yaşadığı Daşkəsən rayonu Quşçu kəndində evinin yaxınlığında sağ ayağından naməlum həşarətin sancması nəticəsində ayağı şişmiş və çirk etmişdir. Bununla əlaqədar olaraq Gəncə şəhər 3 saylı X5 xəstəxanasına müraciət etmişdir. Ayağının şişməsi və çirk etməsi səbəbindən icra məmuru tərəfindən ayağındakı elektron qolbağı açılmışdır. Ayağının şişməsi və çirk etməsi səbəbindən müalicə almışdır. Büdrəyib yıxıldığı üçün cihaz əlindən düşüb qırılmışdır. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(030)- 02/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə yaşadığı Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Göygöl- Daşkəsən, Şəmkir və Samux rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdrilimədən saxlanılmışdır. Cavabdeh cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrasına nəzarət İddiaçınə həvalə edilmişdir. İşə əlavə İddiaçı 12 aprel 2022-ci il tarixli 08/2022 saylı bildiriş məktubundan görünür ki, məhkum Cavabdeh barəsində Daşkəsən Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(030)-02/2022 saylı hökmü 12 aprel 2022-ci il tarixdə icraata qəbul edilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağılı hüquq və vəzifələrinin izah edilməsi barədə 13 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində yaşayan məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Belə ki, məhkumun ayağına sadə elektron qolbağı bağlanılmış, evinə 3 ədəd ev nəzarət stansiyaları quraşdırılmışdır. Eyni zamanda, məhkum Cavabdeh cəzanın icrası ilə bağlı hüquq və vəzifələri icrası izah edilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə 13 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(030)-02/2022 saylı hökmünə əsasən 1 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin, həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. 1. Biometrik məlumatların yoxlanması üçün lisenziyalar 88,26 manat. 2. Ev siqnal ötürücüsü – 1 ədəd 108,32 manat. 3. Mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346,03 manat. 4. Elektron qolbağı (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) – 637,91 manat. Protokol icra məmuru X2 və məhkmu Cavabdeh tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş Gəncə şəhər Birləşmiş Xəstəxanasında 30 avqust 2022-ci il tarixdə tərtib edimiş aktdan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(030)-02/2022 saylı hökmünə əsasən 08/2022 saylı nəzarət işi üzrə məhkum Cavabdeh təhvil verilmiş avadanlıq sonuncunun naməlum zəhərli həşərat tərəfindən zəhərlənməsi nəticəsində sağ ayağının şişməsi və çirklənməsi müəyyən oldunduğundan məhkuma verilmiş elektron nəzarət vasitəsi komplekti açılmış və təhvil alınmışdır. Məhkum Cavabdeh 1 ədəd saz vəziyyətdə sadə elektron qolbağı və 1 ədəd nasaz vəziyyətdə mobil nəzarət qurğusu təhvil verilmiş və təhvil alınmışdır. Məhkum Cavabdeh tərəfindən təhvil verilmiş avadanlıqlar tam komplekt şəklində geri qaytarılmışdır. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə 30 avqust 2022-ci il tarixli protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(030)-02/2022 saylı hökmü ilə 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh yaşadığı Daşkəsən rayonu Quşçu kəndində evinin yaxınlığında naməlum həşarətin sancması nəticəsində sağ ayağı şışmiş və çirklənmişdir. Nəticədə məhkum Gəncə şəhəri 3 saylı X5 xəstəxanasına yerləşdirilmişdir. Məhkumun ayağına baxış keçirilmiş, ayağın zəhərlənmədən şişdiyi və çirkləndiyi müəyyən edilmişdir. Bununla da, məhkum Cavabdeh sağ ayağına bağlanmış elektron qolbağ məcburi şəkildə açılmışdır. Protokol icra məmuru X2 və məhkmu Cavabdeh tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin elektron nəzarət dəstinin vəziyyəti haqqında 16 yanvar 2023-cü il tarixli texniki rəyinin surətindən görünür ki, Cavabdeh quraşdırılmış elektron nəzarət dəsti “mobil qurğu”, 2369 komplektin nasazlığın aradan qaldırılması zamanı təmiri mümkün olmadığı aşkar edilmişdir. Texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı sındırıldığı müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin 02 noyabr 2018-ci il tarixli 21/-3-1717 nömrəli məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, elektron nəzarət vasitələri tətbiq edimiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yarasız hala salınması hallarında, 1. Biometrik məlumatların yoxlanması üçün lisenziyalar – 1 ədədi 88,26 manat. 2. Ev siqnal ötürücüsü – 1 ədədi 108,32 manat. 3 Mobil nəzarət qurğuları xüsusi proqramın təminatı ilə - 1 ədədi 1346,03 manat. 4. Elektron qolbağlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) GSM: 800/900/1800/1900 Mhz internetə qoşulma: 2G/3G GNSS GPS/GLONASS. 600 Mah Li-on – 1 ədədi 637,91 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Daşkəsən Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(030)-02/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə yaşadığı Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, Gəncə şəhəri, Göygöl-Daşkəsən, Şəmkir və Samux rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Hökm qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə İddiaçınə göndərilmişdir. İcra sənədi 12 aprel 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin tarixdə Cavabdeh ayağına sadə elektron qolbağ bağlanmış və Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbağı bağlanaraq, bir ədəd mobil nəzarət qurğusu və onun MNQ-nun adapteri məhkuma təhvil verilmiş, məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah olunmuş və bu barədə 13 aprel 2022-ci il tarixli protokol tərtib edilmişdir. 30 avqust 2022-ci il tarixdə Cavabdeh yaşadığı Daşkəsən rayonu Quşçu kəndində evinin yaxınlığında naməlum həşarətin sancması nəticəsində sağ ayağı şışmiş və çirklənmişdir. Nəticədə məhkum Gəncə şəhəri 3 saylı X5 xəstəxanasına yerləşdirilmişdir. Məhkumun ayağına baxış keçirilmiş, ayağın zəhərlənmədən şişdiyi və çirkləndiyi müəyyən edilmişdir. Bununla da, məhkum Cavabdeh sağ ayağına bağlanmış elektron qolbağ məcburi şəkildə açılmış, mobil nəzarət qurğusuna baxış keçirilərkən ekranının sağ alt hissəsinin sındırıldığı müəyyən edilmişdir. Bununla bağlı texniki rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə müraciət edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin elektron nəzarət dəstinin vəziyyəti haqqında 16 yanvar 2023-cü il tarixli texniki rəyi ilə elektron nəzarət dəsti “mobil qurğu”, 2369 komplektin nasazlığın aradan qaldırılması zamanı təmiri mümkün olmadığı aşkar edilmişdir. Texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranının sındırıldığı müəyyən edilmişdir. Məhkum tərəfindən yarasız hala salınmış - 1 ədəd mobil nəzarət qurğusu 1346,03 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu(delikt) nəticəsində iddiaçıya maddi ziyan(zərər) vurmuş, nəticədə iddiaçı əmlakının zədəsinin aradan qaldırılması üçün xərclər çəkmişdir, lakin həmin xərclər cavabdeh tərəfindən tam şəkildə iddiaçıya ödənilməmişdir, ona görə də iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, vurulmuş ziyanın əvəzi kimi 1346,03 manat məbləği Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesbaına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş miqdarda dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanunun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, 33,50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin: Cavabdeh vurulmuş ziyanın əvəzi kimi 1346 (bir min üç yüz qırx altı) manat 03 (üç) qəpik məbləği alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 33 (otuz üç) manat 50 (əlli) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X3 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar