Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-172/2023 16.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 16 mart 2023-cü il İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 mart 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung ” markalı mobil telefon üçün 295.90 manat əsas, 44.30 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 370.20 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 20 fevral 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncu hər ay 38 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung ” markalı mobil televizoru 447.90 manata satın almışdır. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 38 manat ödəniş etmiş, qalıq qalmış 295.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 443 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 44.30 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 02 mart 2022-ci il tarixli ********* “Müddətli (nisyə) alqı- satqı müqaviləsi”nin surətlərindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi”nə əsasən sonuncuya hər ay 38 manat ödəməklə 12 ay müddətinə cəmi 447.90 manat dəyərində 1 ədəd “Samsung” markalı mobil telefonu satın almış və 1 ədəd İMEİ Kodu **********22547 olan “Samsung A127 Black 64 GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 yanvar 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 02 mart 2022-ci il tarixli ********* saylı müqavilə üzrə "xxxx" MMC-yə 295.90 manat əsas və 443 manat cərimə borcu olmaqla cəmi 738.90 manat məbləğində borcu qalmışdır. İşə əlavə edilmiş 02 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 02 mart 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqısatqı müqaviləsi”nə əsasən 1 ədəd “Samsung” markalı mobil telefonu 447.90 manata satın almışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 38 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə iki müqavilə üzrə cəmi 340.20 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 02 mart 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı- satqı müqaviləsi” üzrə 295.90 manat əsas borc və 44.30 manat cərimə borcu olmaqla, cəmi 340.20 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 mart 2022-ci il tarixli ********* saylı “Müddətli (nisyə) alqı-satqı müqaviləsi” üzrə 295.90 manat əsas borc və 44.30 manat cərimə borcu olmaqla, cəmi 340.20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat 20 (iyirmi) qəpik tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-172/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-172/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver