Məhkəmə qərarları › İş №2(030)-174/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-174/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-174/2024 09.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 25 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2051.16 manat əsas borc, 355.54 manat faiz, 81 manat cərimə borcu olmaqla, cəmi 2487.70 manat və 44.88 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC -nin xx.xx.2022-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2025-ci il müddətinə illik 18% faiz ödəmək şərtilə 2375 manat məbləğində kredit verilmişdir. Cavabdeh muqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 2051.16 manat əsas borc, 355.54 manat faiz, 81 manat cərimə borcu olmaqla, cəmi 2487.70 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 25 aprel 2022-ci il 291nkKPZ/22 nömrəli Kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə xx.xx.2025 il tarixinədək, illik 18% ödəmək şərtilə 2375 manat məbləğində kredit cavabdehin mülkiyyətinə verilmiş və ona bank hesabı açılmışdır. İşə əlavə edilmiş 05 dekabr 2023-cü il tarixli BANK/PİKMD/1151943 nömrəli arayışın surətindən görünür ki, müştəri Cavabdeh 25 aprel 2022-ci il 291nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə 2051.16 manat əsas borc, 355.54 manat faiz, 81 manat cərimə borcu olmaqla, cəmi 2487.70 manat məbləğində kredit borcu vardır. İşə əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixli ********** nömrəli və 05 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və cəmi 44.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2022-ci il tarixli kredit müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinədək illik 18% faiz ödəmək şərtilə 2375 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2487.70 manat əsas borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 25 aprel 2022-ci il 291nkKPZ/22 nömrəli kredit xətti müqaviləsi üzrə hesablanmış 81 manat məbləğində cərimə azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərəfin tqədim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh arasında bağlanmış 25 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2416.70 manat borc Cavabdeh tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 44.88 manat məbləğində dövlət rüsumunun 43 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 aprel 2022-ci il 291nkKPZ/22 nömrəli kredit xətti müqaviləsi üzrə 2416.70 manat borc və 43 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar