Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-176/2023 05.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1025,13 manat əsas borc və ödənilmiş 31 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 25 dekabr 2019-cu il tarixdə “Borcun etirafı və ödəniş X3” bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 2110 manat borcu olduğunu etiraf etmiş və həmin məbləği tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. 25 yanvar 2023-cü il tarixə cavabdehin MMC-yə 1025,13 manat məbləğində borcu qalmışdır. Hal-hazıradək cavabdeh tərəfində neç bir ödəniş edilməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə pretenziya məktubu göndərilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 25 dekabr 2020-ci il tarixli “Borcun etirafı və ödəniş X3”nin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli 25 dekabr 2020-ci il tarixli “Borcun etirafı və ödəniş X3”sinin 1-ci maddəsinə əsasən, 23 oktyabr 2019-cu il tarixdə Oba-Əmircan 3 (1092) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh 2110 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında X5 haqqında müqavilənin bağlandığı nəzərə alınaraq borclu (zərər vuran) 2110 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf edir. Müqavilənin 1.2-ci bəndinə əsasən, “Borclu” “borc verənə” 2110 manat məbləğində borcunun olduğunu tam etiraf edir. Müqavilənin 2.1ci bəndinə əsasən, tərəflər arasında razılaşdırılmış şərtə əsasən “borclu” borc məbləğini 25 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 211 manat olımaqla 10 ay ərzində tam olaraq “borcverən”ə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, ödəniş 2 dəfə gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,5%-i həcmində dəbbə pulu hesablanacaq. Müqavilənin 2.3-cü bəndinə əsasən, ödəniş ardıcıl olaraq 2 (iki) dəfə edilmədiyi təqdirdə “borcverən” məhkəməyə müraciət edəcək və hesablanmış dəbbə pulu əsas borc məbləinin üzərinə əlavə ediləcək. İşə əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli DN6564 nömrəli borcu ödənilməsi tələbinə dair pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh borcu 3 iş günü ərzində şirkətə ödəməyi tələb olunmuş, əks təqdirdə tələb olunan məbləğinvə əlavə xərclərin borcludan məcburi qaydada alınaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş 25 yanvar 2023-cü il tarixli İddiaçı MMC ilə Cavabdeh Fərzəli oğlu arasında bağlanmış “Borcun Etirafı və ödəniş X3”nin nəticəsi barədə 25 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Fərzəli oğlu 25 dekabr 2019-cu il tarixdə “Borcun etirafı və ödəniş X3” bağlanmış və 2110 manat borcu olduğunu etiraf etmişdir. Beləliklə, Cavabdeh Fərzəli oğlunun 25 yanvar 2023-cü il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 1025,31 manat təşkil edir. İşə əlavə edilmiş 06 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı MMCnin Oba-Əmircan 3 (1092) mağazasında administrator vəzifəsində işləmişdir. 23 oktyabr 2019-cu il tarixdə Oba-Əmircan 3 (1092) mağazasında inventarizasiya aparılan zaman Cavabdeh MMC-yə 2110 manat məbləğində zərər vurduğu müəyyən edilmişdir. Borcun ödənilməsi ilə bağlı tərəflər arasında 25 dekabr 2020-ci il tarixli “Borcun etirafı və ödəniş X3” bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 2110 manat məbləğində borcunun olduğunu tam etiraf etmiş və 25 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 211 manat olımaqla 10 ay ərzində tam olaraq “borcverən”ə ödəməyi öhdəsinə götürmüşdür. 25 yanvar 2023-cü il tarixli İddiaçı MMC ilə Cavabdeh Fərzəli oğlu arasında bağlanmış “Borcun Etirafı və ödəniş X3”nin nəticəsi barədə arayışdan göründüyü kimi, Cavabdeh 25 yanvar 2023-cü il tarixə İddiaçı MMC-yə olan 1025,31 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə 07 dekabr 2022-ci il tarixli DN6564 nömrəli pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1025,13 manat əsas borc tutulub İddiaçı MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1025,13 manat əsas borc və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 1056 (bir min əlli altı) manat 13 (on üç) qəpik alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-176/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-176/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver