Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-177/2023 27.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 27 mart 2023-cü ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 04 sentyabr 2020-ci il tarixli 272141-1-35322 saylı kredit müqaviləsi üzrə 499.05 manat əsas, 268.23 manat faiz borcu olmaqla, cəmi 767.28 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 28 fevral 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli 272141-1-35322 saylı “Kredit xətti müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 28 faiz hesablanması şərtilə 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılaraq, kart hesabına köçürülmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2020-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 499.05 manat məbləğində əsas, 268.23 manat məbləğində faiz borcu, ümumilikdə isə 767.28 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İşə əlavə edilmiş 04 sentyabr 2020-ci il tarixli 272141-1-35322 saylı “Kredit xətti müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh bank hesabı açılmış və 500 manat məbləğində bərpa olunan kredit xətti təqdim olunmuşdur. Müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik 28 faiz ilə ödənilməsi üzrə cavabdeh öhdəlik götürmüşdür. İşə əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh İddiaçı ASCyə 272141-1-35322 saylı 04 sentyabr 2020-ci il tarixli saylı “Kredit xətti müqaviləsi” üzrə 499.05 manat əsas, 268.23 manat faiz borcu olmaqla, cəmi 767.28 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 16 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli 272141-1-35322 saylı “Kredit xətti müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 28 faiz hesablanması şərtilə 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 499.05 manat əsas, 268.23 manat faiz borcu olmaqla, cəmi 767.28 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli 272141-1-35322 saylı kredit müqaviləsi üzrə 499.05 manat əsas, 268.23 manat faiz borcu olmaqla, cəmi 767.28 manat məbləğ tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 sentyabr 2020-ci il tarixli 272141-1-35322 saylı kredit xətti müqaviləsi üzrə 499.05 manat əsas, 268.23 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 797 (yeddi yüz doxsan yeddi) manat 28 (iyirmi səkkiz) qəpik tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-177/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-177/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver