Məhkəmə qərarları › İş №2(030)-180/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-180/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-180/2024 28.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin Cavabdeh qarşı Cavabdehnгт qanunsuz olaraq Əmirvar meşəbəyliyinin 4 saylı meşə dolayısının ərazisində köküstə yaş ağacları kəsdiyinə və zədələdiyinə görə X6 vurduğu 117,23 manat zərərin ödətdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Pirverdilər kəndində yaşayan Cavabdeh tərəfindən X6 vurulmuş 117,23 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, 14 saylı X4 Mərkəzinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Əmirvar meşəbəyliyinin 4 sаylı meşə dolayısının ərazisində araşdırma aparılarkən Dəşkəsən rayonu Pirverdilər kəndində yaşayan Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq köküstə yaş halda fistiq cinsindən diametti 10 sm-lik 2 ədəd, 12 sm-lik 3 ədəd, 16 sm-lik 5 ədəd, 20 sm-lik 3 ədəd və vələs cinsindən diametri 10 sm-lik 3 ədəd, 12 sm-lik 3 ədəd, 16 sm-lik 2 ədəd olmaqla, ümumilikdə 21 ədəd ümumi həcmi 2,31 m3 olan yaş аğacları kəsmiş və vələs cinsindən diametri 10 sm-lik 1 ədəd və 12 sm-lik 1 ədəd, ağcaqayın cinsindən diametri 12 sm-lik 1 ədəd yaş ağacların boy artımının və inkişafının dayanmasına səbəb olmadan zədələyərək kəsmiş və kəsilmiş ağacların kütlələrini qanunsuz yolla apardığına görə 16 oktyabr 2023cü il tarixdə barəsində akt, İnzibati xəta haqqında protokol və dəymiş ziyana görə qiymətləndirmə cədvəli tərtib edilmişdir. Beləliklə Dəşkəsən rayonu Pirverdilər kəndində yaşayan Əliyev X2 meşə fonduna 117,23 manat məbləğində ziyan vurmuşdur. Dəfərlərlə tələb edilməsinə baxmayaraq, cavabdeh qeyd edilən məbləği ödəməkdən imtina etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Ekologiya və X3 16 oktyabr 2023-cü il tarixli 81967 nömrəli aktdan və həcm-qiymət cədvəlində görünür ki, cavabdeh Əliyev X1 rayon Əmirvar Meşəbəyliyinin 04 saylı meşə dolayının ərazisindən heç bir icazəsi olmadan fistiq cinsindən diametti 10 sm-lik 2 ədəd, 12 sm-lik 3 ədəd, 16 sm-lik 5 ədəd, 20 sm-lik 3 ədəd və vələs cinsindən diametri 10 sm-lik 3 ədəd, 12 sm-lik 3 ədəd, 16 sm-lik 2 ədəd olmaqla, ümumilikdə 21 ədəd ümumi həcmi 2,31 m3 olan yaş аğacları kəsmiş və vələs cinsindən diametri 10 sm-lik 1 ədəd, 12 sm-lik 1 ədəd, ağcaqayın cinsindən diametri 12 sm-lik 1 ədəd yaş ağacların boy artımının və inkişafının dayanmasına səbəb olmadan zədələyərək kəsmiş və kəsilmiş ağacların kütlələrini qanunsuz yolla aparmış, bununla təsərrüfata 117,23 manat məblğində ziyan vurmuşdur. İşə əlavə olunmuş 16 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh müvafiq icazə sənədi olamdan 14 saylı RHTM-nin Əmirvar meşəbəyliyinin 4 saylı meşə dolayısının ərazisindən köküstə yaş ağacları kəsərək məhv etmiş və zədələmişdir. İşə əlavə olunmuş 30 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh 16 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, 14 saylı X4 Mərkəzinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Əmirvar meşəbəyliyinin 4 sаylı meşə dolayısının ərazisində araşdırma aparılarkən Dəsrəsən rayonu Pirverdilər kəndində yaşayan Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz (özbaşına) olaraq köküstə yaş halda fistiq cinsindən diametti 10 sm-lik 2 ədəd, 12 sm-lik 3 ədəd, 16 sm-lik 5 ədəd, 20 sm-lik 3 ədəd və vələs cinsindən diametri 10 sm-lik 3 ədəd, 12 sm-lik 3 ədəd, 16 sm-lik 2 ədəd olmaqla, ümumilikdə 21 ədəd ümumi həcmi 2,31 m3 olan yaş аğacları kəsmiş və vələs cinsindən diametri 10 sm-lik 1 ədəd, 12 sm-lik 1 ədəd, ağcaqayın cinsindən diametri 12 sm-lik 1 ədəd yaş ağacların boy artımının və inkişafının dayanmasına səbəb olmadan zədələyərək kəsmiş və kəsilmiş ağacların kütlələrini qanunsuz yolla aparmış, bununla təsərrüfata cəmi 117,23 manat məblğində ziyan vurulmuşdur. MMBM-nin əməkdaşları tərəfindən Cavabdeh yaş ağacları kəsib aparması barədə onun iştirakı ilə aktı tərtib olunmuşdur. Lakin hal-hazıra kimi Cavabdeh tərəfindən vurulmuş 117,23 manat məbləğində ziyan ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 78-ci maddəsinə əsasən, meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 79-ci maddəsinə əsasən, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan maddi hüquq normalara əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyanın müqabilində 117,23 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş miqdarda dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanunun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi kimi 117,23 (bir yüz on yeddi manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı X4 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X5 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar