Məhkəmə qərarları › İş №2(030)-181/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-181/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-181/2023 30.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 30 mart 2023-cü ildə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 30 mart 2022-ci il tarixli 763nkNFT/22 nömrəli kredit müqaviləsi üzrə 2833.61 manat əsas, 427.23 manat faiz, 42.46 manat cərimə borcu olmaqla, cəmi 3303.30 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 53.04 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 28 fevral 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli 763nkNFT/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 2834 manat kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 2833.61 manat əsas, 427.23 manat faiz, 42.46 manat cərimə borcu olmaqla, cəmi 3303.30 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 30 mart 2022-ci il tarixli 763nkNFT/22 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 2834 manat məbləğində kredit verilmiş və ona bank hesabı açılmışdır. İşə əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli BANK/PİKMD/1080401 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 31 yanvar 2023-cü il tarixə 2833.61 manat əsas, 427.23 manat faiz, 42.46 manat cərimə borcu olmaqla, cəmi 3303.30 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 53.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli 763nkNFT/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 2834 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2833.61 manat əsas, 427.23 manat faiz, 42.46 manat cərimə borcu olmaqla, cəmi 3303.30 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 30 mart 2022-ci il tarixli 763nkNFT/22 nömrəli kredit müqaviləsi üzrə 2833.61 manat əsas, 427.23 manat faiz, 42.46 manat cərimə borcu olmaqla, cəmi 3303.30 manat məbləğ tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 53.04 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 mart 2022-ci il tarixli 763nkNFT/22 nömrəli kredit müqaviləsi üzrə 2833.61 manat əsas, 427.23 manat faiz, 42.46 manat cərimə borcu olmaqla, cəmi 3303.30 manat, ödənilmiş 0.40 manat xidmət haqqı və 53.04 manat dövlət rüsumu olmaqla, cəmi 3356 (üç min üç yüz əlli altı) manat 74 (yetmiş dörd) qəpik tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar