Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-182/2023 30.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 30 mart 2023-cü ildə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 23 fevral 2022-ci il tarixli 286nkSTB2/22 nömrəli kredit müqaviləsi üzrə 1238.10 manat əsas, 173.82 manat faiz, 10.88 manat cərimə borcu olmaqla, cəmi 1422.80 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 34.23 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Məmmədov Şahin 01 mart 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli 286nkSTB2/22nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2026-cı il tarixinədək illik 18 faiz ödəmək şərtilə 1266 manat kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 1238.10 manat əsas, 173.82 manat faiz, 10.88 manat cərimə borcu olmaqla, cəmi 1422.80 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 23 fevral 2022-ci il tarixli 286nkSTB2/22nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2026-cı il tarixinədək illik 18 faiz ödəmək şərtilə 1266 manat məbləğində kredit verilmiş və ona bank hesabı açılmışdır. İşə əlavə edilmiş 03 fevral 2023-cü il tarixli BANK/PİKMD/1081345 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 03 fevral 2023-cü il tarixə 1238.10 manat əsas, 173.82 manat faiz, 10.88 manat cərimə borcu olmaqla, cəmi 1422.80 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 03 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 34.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli 286nkSTB2/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2026-cı il tarixinədək illik 18 faiz ödəmək şərtilə 1266 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 1238.10 manat əsas, 173.82 manat faiz, 10.88 manat cərimə borcu olmaqla, cəmi 1422.80 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli 286nkSTB2/22 nömrəli kredit müqaviləsi üzrə 1238.10 manat əsas, 173.82 manat faiz, 10.88 manat cərimə borcu olmaqla, cəmi 1422.80 manat məbləğ tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 34.23 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23 fevral 2022-ci il tarixli 286nkSTB2/22 nömrəli kredit müqaviləsi üzrə 1238.10 manat əsas, 173.82 manat faiz, 10.88 manat cərimə borcu olmaqla, cəmi 1422.80 manat, ödənilmiş 0.40 manat xidmət haqqı və 34.23 manat dövlət rüsumu olmaqla, cəmi 1457 (min dörd yüz əlli yeddi) manat 43 (qırx üç) qəpik tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-182/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-182/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver