Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-186/2024 09.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 10 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3117.32 manat əsas, 254.68 manat faiz və 87.08 manat cərimə borcu olmaqla, cəmi 3459.08 manat kredit borcu və ödənilmiş 54.59 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 may 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən İddiaçı ASC-dən illik 19 faizlə 36 ay müddətinə 4800 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh banka 10 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3117.32 manat əsas, 254.68 manat faiz və 174.16 manat cərimə borcu olmaqla, cəmi 3546.16 manat borcu vardır. Cavabdeh 10 may 2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə banka olan cərimə borcu 174.16 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi məbləğinin 50% miqdarında olmaqla yəni, 87.08 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 10 may 2022-ci il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 may 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 19 faiz olmaqla 36 ay müddətinə 4800 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC-nin 20 noyabr 2023-ci il tarixli KBD-9243 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı ASC-yə tam ödəməsi tələb olunmuşdur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklarına yönəldirlərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyin vaxtında icra olunması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqvailəsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin də tələb olunacağı bildirilmişdir. İşə əlavə edilmiş 15 dekabr 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 10 may 2022-ci il tarixli 10-Y-2-0-1436-22 nömrəli kredit müqaviləsi üzrə 3117.32 manat əsas, 254.68 manat faiz və 174.16 manat cərimə borcu olmaqla, cəmi 3546.16 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş 20 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 54.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 may 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 19 faiz olmaqla 36 ay müddətinə 4800 manat məbləğində kredit verilmişdir. Cavabdeh 10 may 2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə banka 3117.32 manat əsas, 254.68 manat faiz və 87.08 manat cərimə borcu olmaqla, cəmi 3459.08 manat kredit borcu vardır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 10 may 2022-ci il tarixli müqavilə üzrə hesablanmış 87.08 manat məbləğində cərimə azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3117.32 manat əsas, 254.68 manat faiz və 10 manat cərimə borcu olmaqla, cəmi 3382 manat məbləğ tutulub İddiaçı ASC-nin ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 235, 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3382 manat kredit borcu və ödənilmiş 29 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-186/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-186/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver