Məhkəmə qərarları › İş №2(030)-188/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-188/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-188/2024 09.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1800 manat əsas borc, 236.65 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 2061.65 manat borcun və ödənilmiş 40.62 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.60 faiz ödəmək şərtilə 1800 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 1800 manat əsas borc, 236.65 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 2061.65 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 24 yanvar 2022-ci il tarixli Ərizə-anketin surətindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhvəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı Ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olmuş və cavabdehə 35 ay müddətinə 27.60 faiz ödəmək şərtilə 1800 manat məbləğində kredit xətti açılmışdır. İşə əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli BANK/PİKMD/1154155 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 13 dekabr 2023-cü il tarixə 1800 manat əsas borc, 236.65 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 2061.65 manat borcu mövcuddur. İşə əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 40.62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.60 faiz ödəmək şərtilə 1800 manat məbləğdə kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 1800 manat əsas borc, 236.65 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 2061.65 manat borcu yaranmışdır. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 24 yanvar 2022-ci il tarixli müqavilə üzrə hesablanmış 25 manat məbləğində cərimə azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Unibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2046.65 manat məbləğin tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 40.62 manat məbləğində dövlət rüsumunun 40 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 2046.65 manat manat borc və ödənilmiş 40 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar