Məhkəmə qərarları › İş №2(030)-189/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-189/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-189/2023 16.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 16 mart 2023-cü ildə İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) cavabdeh X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh X1 15 aprel 2022-ci il tarixli 327nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 2597.52 manat əsas, 374.96 manat faiz, 22.05 manat cərimə borcu olmaqla, cəmi 2994.53 manat kredit borcu, ödənilmiş 0.40 manat xidmət haqqının və 49.95 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, cavabdeh X3 iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi cavabdehin anası 24 fevral 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış 15 aprel 2022-ci il tarixli 327nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 2598 manat kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 2597.52 manat əsas, 374.96 manat faiz, 22.05 manat cərimə borcu olmaqla, cəmi 2994.53 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 15 aprel 2022-ci il tarixli 327nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC cavabdeh X3 istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 2598 manat məbləğində kredit verilmiş və ona bank hesabı açılmışdır. İşə əlavə edilmiş 03 fevral 2023-cü il tarixli BANK/PİKMD/1081319 nömrəli Maliyyə arayışından görünür ki, X2 "xxxx" KB ASC-yə 03 fevral 2023-cü il tarixə 2597.52 manat əsas, 374.96 manat faiz, 22.05 manat cərimə borcu olmaqla, cəmi 2994.53 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 03 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 0.40 manat xidmət haqqı və 49.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış 15 aprel 2022-ci il tarixli 327nkGNDJ/22 nömrəli “Kredit müqaviləsi”nə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 2598 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 2597.52 manat əsas, 374.96 manat faiz, 22.05 manat cərimə borcu olmaqla, cəmi 2994.53 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X4 arasında bağlanmış 15 aprel 2022-ci il tarixli 327nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 2597.52 manat əsas, 374.96 manat faiz, 22.05 manat cərimə borcu olmaqla, cəmi 2994.53 manat məbləğ tutulub iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 49.95 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 15 aprel 2022-ci il tarixli 327nkGNDJ/22 nömrəli kredit müqaviləsi üzrə 2597.52 manat əsas, 374.96 manat faiz, 22.05 manat cərimə borcu olmaqla, cəmi 2994.53 manat, ödənilmiş 0.40 manat xidmət haqqı və 49.95 manat dövlət rüsumu olmaqla, cəmi 3044 (üç min qırx dörd) manat 88 (səksən səkkiz) qəpik tutulub iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar