Məhkəmə qərarları › İş №2(030)-191/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-191/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-191/2023 31.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Daşkəsən şəhərində 31 mart 2023-cü il İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********67356 olan “Samsung Galaxy A12” markalı mobil telefon üçün 344.60 manat ödənilməmiş hissə, 34.40 manat cərimə borcu və 04 mart 2021-ci il tarixli 22335886 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd İMEİ kodu **********28602 və **********97750 olan "xxxx" markalı mobil telefon üçün 241 manat ödənilməmiş hissə, 24 manat cərimə borcu olmaqla, ümumilikdə 644 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 04 mart 2023-cü il tarixdə xəbərnaməyə şəxsən imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 23.20 manat ödəməklə 18 ay müddətinə 1 ədəd İMEİ kodu **********67356 olan “Samsung Galaxy A12” markalı mobil telefonu 417.60 manata satın almışdır. 04 mart 2021-ci il tarixli 22335886 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 52.20 manat ödəməklə 12 ay müddətinə 2 ədəd İMEİ kodu **********28602 və **********97750 olan "xxxx" markalı mobil telefonu 660.40 manata satın almışdır. Cavabdehin MMC-yə 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli “Müqavilə” üzrə 344.60 manat ödənilməmiş hissə, 34.40 manat cərimə borcu və 04 mart 2021-ci il tarixli 22335886 nömrəli “Müqavilə” üzrə 241 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu olmaqla, ümumilikdə 644 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 23.20 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 417.60 manat olan “Samsung Galaxy A12” markalı mobil telefonu satın almış və 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12 SM-A125 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 mart 2021-ci il tarixli 22335886 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 04 mart 2021-ci il tarixli 22335886 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 52.20 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 660.40 manat olan 2 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 04 mart 2021-ci il tarixli 22335886 nömrəli müqaviləyə əsasən 2 ədəd İMEİ kodu **********28602 və **********97750 olan “Samsung Galaxy A10S SM-A107” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh, 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 344.60 manat ödənilməmiş hissə və 34.40 manat cərimə borcu, 04 mart 2021-ci il tarixli 22335886 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd "xxxx" markalı mobil telefon üçün 241 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu olmaqla, ümumilikdə isə 644 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 30 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu 417.60 manata və 04 mart 2021-ci il tarixli 22335886 nömrəli “Müqaviləyə” əsasən 2 ədəd "xxxx" markalı mobil telefonu 660.40 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 492.40 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli “Müqavilə” üzrə 344.60 manat ödənilməmiş hissə və 34.40 manat cərimə borcu və 04 mart 2021-ci il tarixli 22335886 nömrəli “Müqavilə” üzrə 241 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu olmaqla, ümumilikdə 644 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon üçün 379 manat, 04 mart 2021-ci il tarixli 22335886 nömrəli müqaviləyə əsasən 2 ədəd "xxxx" markalı mobil telefon üçün 265 manat olmaqla, cəmi 644 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25 iyun 2020-ci il tarixli 23167104 nömrəli müqavilə üzrə 344.60 manat ödənilməmiş hissə və 34.40 manat cərimə borcu, 04 mart 2021-ci il tarixli 22335886 nömrəli müqavilə üzrə 241 manat ödənilməmiş hissə və 24 manat cərimə borcu olmaqla, cəmi 644 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar