Məhkəmə qərarları › İş №2(030)-191/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-191/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-191/2024 24.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən tutulan alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, himayəsində olan 29 yanvar 2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, hər ay Cavabdeh 250 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Cavabdeh ilə 2017-ci ildə el adəti toy edib ailə qurmuşlar. Aralarındakı nikahı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 29 sentyabr 2017-ci il tarixdə 1982 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 29 yanvar 2018-ci il tarixdə X4 anadan olmuşdur. Aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(030)-214/2020 saylıə qətnaməsi ilə onunla Cavabdeh arasında 29 sentyabr 2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş 29 yanvar 2018-ci ildə anadan olmuş X1 onun himayəsində saxlanılması və uşağın maddi təminatı üçün ay Cavabdeh 100 manat məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Onun iddiası əsasında Daşkəsən Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2 (030)- 193/2022 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 150 manat müəyyən edilmişdir. Hazırda uşağın məktəb xərcləri artmış, onun məktəbdən kənar əlavə xərcləri yaranmışdır. Cavbdeh “Notvers” şirkətində işləyir, yüksək əmək haqqı alır, böyük təsərrüfatı, mal-qarası, Daşkəsən və Gəncə şəhərlərində evləri vardır. Cavabdehin kifayət qədər maddi imkanı olduğu üçün hər ay 250 manat aliment ödəmək iqtidarındadır. Məhkəmə iclasında cavabadeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, məhkəmə tərəfindən təyin edilmiş 150 manat məbləğində alimenti çətinliklə ödəyir. Hazırda başqa şəxslə ailə qurmuşdur və həmin nikahdan da bir azyaşlı uşağı vardır. Heç bir yerdə işləmir. İddiaçının tələb etdiyi miqdarda aliment ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X4 29 yanvar 2018-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuş, atası Cavabdeh, anası X2r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 13 fevral 2018-ci il tarixdə 26 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2 (030)-193/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(030)-214/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılması, 29 yanvar 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulub iddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 oktyabr 2020-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 oktyabr 2023-cü il tarixli MŞG/MT007/2023-03471 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 26 oktyabr 2023-cü il tarixdə saat 15:05 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşə əlavə olunmuş 19 oktyabr 2023-cü il tarixli BPM**********23 mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2017-ci ildə el adəti toy edib ailə qurmuşlar. Aralarındakı nikahı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 29 sentyabr 2017-ci il tarixdə 1982 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 29 yanvar 2018-ci il tarixdə X4 anadan olmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(030)-214/2020 saylı qətnaməsi ilə iddiaçı Abdullayeva (Süleymanova) Səbinə Nüsrət qızı ilə Cavabdeh arasında bağlanmış, 29 sentyabr 2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1982 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərflərin birgə nikahından – 29 yanvar 2018-ci il tarixdə anadan olmuş X4 iddiaçı Abdullayeva (Süleymanova) Səbinə Nüsrət qızının yanında saxlanılmış, 29 yanvar 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 24 iyun 2020-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 100 (bir yüz) manat məbləğində aliment tutulub iddiaçı Abdullayeva (Süleymanova) Səbinə Nüsrət qızına ödənilməsi qət edilmişdir. İddiaçı alimentin artırılması tələbi barədə iddiası üzrə Daşkəsən Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2 (030)-193/2022 saylı qətnaməsi ilə 29 yanvar 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulub iddiaçı X3 ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2022-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il üçün “Yaşayış minimumu haqqında” 14 noyabr 2023-cü il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağının saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 250 manat məbləğində təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Şərh olunanları, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29 yanvar 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 180 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin mediasiya məbləğinin ödənilməsinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 26 oktyabr 2023-cü il tarixdə saat 15:05-də keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, 55 manat ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(030)-193/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. 29 yanvar 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar