Məhkəmə qərarları › İş №2(030)-196/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-196/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-196/2023 20.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) cavabdeh X5 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 06 aprel 2021-ci tarixli 22446432 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********17626 olan “SAMSUNG GALAXY A21S” markalı mobil telefon üçün 422 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 452 manat məbləğin alınıb "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, X5 iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Ələsgərov Xəyyam 07 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 06 aprel 2021-ci tarixli 22446432 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 44.50 manat ödəməklə 12 ay müddətinə “SAMSUNG GALAXY A21S” markalı mobil telefonu 534 manata satın almışdır. Cavabdeh tərəfindən 150 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 06 aprel 2021-ci tarixli 22446432 nömrəli “Müqavilə” üzrə 384 manat ödənilməmiş hissə və 38 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 06 aprel 2021-ci il tarixli 22446432 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 06 aprel 2021-ci il tarixli 22446432 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 44.50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 534 manat olan “SAMSUNG GALAXY A21S” markalı mobil telefonu satın almış və İMEİ kodu **********17626 olan “SAMSUNG GALAXY A21S (SM-A217)” markalı mobil telefon X5 təhvil verilmiş, Ələsgərov Xəyyam tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 01 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X4 06 aprel 2021-ci il tarixli 22446432 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A21S” markalı mobil telefon üçün 384 manat ödənilməmiş hissə və 38 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 02 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X6 arasında 06 aprel 2021-ci il tarixli 22446432 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A21S” markalı mobil telefonu 534 manata satın almışdır. Cavabdeh tərəfindən 150 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 06 aprel 2021-ci il tarixli 22446432nömrəli “Müqavilə” üzrə 384 manat ödənilməmiş hissə və 38 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 06 aprel 2021-ci il tarixli 22446432 nömrəli üzrə hesablanmış 38 manat məbləğində cərimə azaldılaraq 35 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 06 aprel 2021-ci il tarixli 22446432 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A21S” markalı mobil telefon üçün 419 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385- 1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 06 aprel 2021-ci il tarixli 22446432 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A21S” markalı mobil telefon üçün 419 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X3 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar