Məhkəmə qərarları › İş №2(030)-198/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-198/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-198/2023 18.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 iyun 2020-ci tarixli 20324209 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3” markalı televizor və “Sonorous Surefix” markalı asqı üçün 145 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 175 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 31 mart 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2020-ci tarixli 20324209 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 68.70 manat ödəməklə 18 ay müddətinə “X3” markalı televizor və “Sonorous Surefix” markalı asqını 1236.60 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 1105.30 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 iyun 2020-ci tarixli 20324209 nömrəli “Müqavilə” üzrə 131.30 manat ödənilməmiş hissə və 13.70 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 01 iyun 2020-ci tarixli 20324209 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2020-ci tarixli 20324209 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 68.70 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 1236.60 manat olan “X3” markalı televizor və “Sonorous Surefix” markalı asqını satın almış, 01 iyun 2020-ci tarixli 20324209 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Led UE43RU7200UXRU” markalı televizor və “Sonorous Surefix 142” markalı asqı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 01 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 iyun 2020-ci il tarixli 20324209 nömrəli “Müqaviləyə” əsasən “X3” markalı televizor və “Sonorous Surefix” markalı asqı üçün 131.30 manat ödənilməmiş hissə və 13.70 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 02 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 01 iyun 2020-ci il tarixli 20324209 nömrəli müqaviləyə əsasən “X3” markalı televizor və “Sonorous Surefix” markalı asqını 1236.60 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 1105.30 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01 iyun 2020-ci il tarixli 20324209 nömrəli müqaviləyə əsasən “X3” markalı televizor və “Sonorous Surefix” markalı asqı üçün 145 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01 iyun 2020-ci il tarixli 20324209 nömrəli müqaviləyə əsasən X3” markalı televizor və “Sonorous Surefix” markalı asqı üçün 145 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar