Məhkəmə qərarları › İş №2(030)-199/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-199/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-199/2025 15.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 275,60 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(030)-70/2024 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər İddiaçı, Cavabdeh və X3 qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 522,70 manat məbləğində pul vəsaiti və ödənilmiş 28,50 manat dövlət rüsumu olmaqla, cəmi 551.20 (manat alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Həmin məbləğin müştərək qaydada tutulub Faxrəndə Zeynalovaya ödənilməsi qət edilsə də, 551,20 manat məbləği tam olaraq özü ödəmişdir. Dəfələrlə cavabdehdən ödədiyi məbləğin yarısının, yəni 275,60 manatı ona geri ödəməsini tələb etsə də, cavabdeh imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasınının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(030)- 70/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 522,70 manat məbləğində pul vəsaiti və ödənilmiş 28,50 manat dövlət rüsumu olmaqla, cəmi 551.20 (beş yüz əlli bir manat iyirmi qəpik) manat alınıb iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(030)- 70/2024 saylı qətnaməsi üzrə icra vərəqəsinin surətindən görünür ki, icra vərəqəsi icra edilməsi üçün Daşkəsən rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata xitam verilməsi barədə 03 dekabr 2024-cü il tarixli qərarının surətindən göründüyü kimi Daşkəsən Rayon Məhkəməsinin 2(030)-70/2024-008 nömrəli 24 yanvar 2024-cü il tarixli icra sənədi üzrə 551.20 manat İddiaçı tərəfindən tam ödənildiyindən işin icraatına xitam verilmişdir. İşə əlavə edilmiş 15 aprel 2025-ci il tarixli mədaxil qəbzində görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 503-cü maddəsinə əsasən, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2-ci maddəsinə əsasən, əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(030)-70/2024 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 522,70 manat məbləğində pul vəsaiti və ödənilmiş 28,50 manat dövlət rüsumu olmaqla, cəmi 551.20 manat alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldildikdən sonra digər borclu Cavabdeh tərəfindən ödəniş aparılmamış və 551.20 manat bütünlüklə İddiaçı tərəfindən X2 ödənilmişdir. Belə olan vəziyyətdə iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməli, Cavabdeh oğlundan 275,60 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 275,60 (iki yüz yetmiş beş manat altmış qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar