Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-200/2023 12.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X3 etibarnamə üzrə nümayəndəsi X6 Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, MÜƏYYƏNETDİ: İddiaçı X15 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edib, mediasiyaya müraciət edilən gündən yetkinlik yaşına çatmayan oğlu 08 iyul 2010-cu ildə anadna olmuş X14 yetkinlik yaşına çatanadək saxlanması üçün Daşkəsən Rayon Məhkəməsinin 02 oktyabr 2015ci il tarixli 2(030)-578/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artıqılaraq hər ay Cavabdeh 200 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 etibarnamə üzrə nümayəndəsi X16 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, qızı X15 ilə Cavabdeh ilə 29 noyabr 2009-cu ildə aralarındakı nikahı Daşkəsən rayon Qeydiyyat şöbəsində 145 saylı akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahdan 08 iyul 2010-cu ildə Tacir adlı bir uşaqları anadan olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 2(030)-208/2014 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və uşağın saxlanılması üçün 50 manat məbləğində aliment tutulması qət edilmişdir. Sonradan alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Daşkəsən Rayon Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli 2(030)-578/2015 saylı qətnaməsi ilə alimentin miqdarı artırılmış, 08 iyul 2010-cu ildə anadna olmuş X14 maddi təminatı üçün 70 manat məbləğində aliment təyin edilmişdir. Hazırda iddiaçı günün tələblərinə uyğun olaraq həmin məbləğdə alimentlə uşağın maddi təminatını təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanılması üçün alimentdən başqa heç bir köməklik göstərmir. Ona görə də cavabdehdən uşağı üçün ödənilən alimentin miqdarının artıtırlmasını tələb etməyə məcbur olmuşdur. Məhkəmədən 08 iyul 2010-cu ildə anadna olmuş X14 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 130 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X9 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçı ilə barışmaq istəyir. Lakin iddiaçının atası tərəflərin barışmasına imkan vermir. Cavabdeh iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Məhkəmədən iddia tələbinin qismən təmin edilərək qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay 130 manat məbləğində təyin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X17 08 iyul 2010-cu ildə Daşkəsən şəhərində anadan olmuşdur. X8, anası X11r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsindı doğum haqqında akt qedyləri kitabında 27 iyul 2010-cu il tarixdə 204 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 2(030)- 208 saylı qətnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı İmanova (Verdiyeva) Fərqanə Fərrux qızı ilə Cavabdeh arasında 29 noyabr 2009-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 145 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulnası və xx.xx.2010cu ildə anadan olmuş X2 üçün 28 aprel 2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub İmanova (Verdiyeva) Fərqanə Fərrux qızına ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X15 arasında olan nikah ləğv edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 dekabr 2014-cü il tarixdə 37 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli 2(030)- 578/2015 saylı qətnaməsinin surətindən görünür ki, alimentin miqdarının artırılması tələbinə dair iddia qismən təmin edilməsi, xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün 07 sentyabr 2015ci il tarixdən başlayaraq hər ay Cavabdeh 70,0 (yetmiş) manat məbləğində aliment alınaraq iddiaçı X9 verilməsi, bununla əlaqədar Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli icra sənədi üzrə icra icraatına xx.xx.2015-ci il tarixdən xitam verilməsi, alimentin miqdarının artırılması tələbi üzrə Cavabdeh 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə köçürülməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 fevral 2023-cü il tarixli 00600 nömrəli arayışdan görünür ki, X3 “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 18 fevral 2023-cü il tarixdə 10:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 30 yanvar 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. X12 tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində xərci tam ödəmişdir. İşə əlavə edilmiş iddiaçı X7 etibarnamə üzrə nümayəndəsi X16 iddia tələbinin həcminin azaldılması barədə ərizədən görünür ki, alimentun 130 manat sabit pul məbləğində aliment tutulmasına razıdır. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı X15 ilə Cavabdeh ilə 29 noyabr 2009-cu ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 145 saylı akt qeydi ilə qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikahdan 08 iyul 2010-cu ildə X17 anadan olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 2(030)-208/2014 saylı qətnaməsi ilə iddiaçı İmanova (Verdiyeva) Fərqanə Fərrux qızı ilə Cavabdeh arasında 29 noyabr 2009-cu il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 145 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulması və 08 iyul 2010-cu ildə anadan olmuş X2 üçün 28 aprel 2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub İmanova (Verdiyeva) Fərqanə Fərrux qızına ödənilməsi qət edilmişdir. Sonradan iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli 2(030)-578/2015 saylı qətnaməsi ilə alimentin miqdarı artırılmış, 08 iyul 2010-cu ildə anadan olmuş X1 üçün 07 sentyabr 2015-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 70,0 (yetmiş) manat məbləğində aliment alınaraq iddiaçı X9 verilməsi qət edilmişdir. Hazırda iddiaçı Fərqanə Verdiyeva 08 iyul 2010-cu ildə anadan olmuş X1 üçün 130 manat sabit pul məbləğində aliment təyin olunmasını xahiş edir. Cavabdeh də alimentin həmin məbləğdə təmin olunmasına etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2015-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 iyul 2010-cu ildə anadan olmuş X13 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 130 manat məbləğində aliment tutulub iddiaçı X5 ödənilməlidir. Məhkəmə alimentin artırılmasının ərizənin verildiyi tarixdən hesablanması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 18 fevral 2023-cü il tarixdə saat 10:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı X12 mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli 2(030)-578/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 08 iyul 2010-cu ildə anadan olmuş X13 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 130 (bir yüz otuz) manat məbləğində aliment tutulub iddiaçı X5 ödənilsin. İddiaçı X3 ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb iddiaçı X5 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-200/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-200/2023
12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver