Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-205/2023 24.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Qasımov Elnur Müzadil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyul 2010-cu ildə anadan olmuş X10 və 25 mart 2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh el adəti ilə ailə qurmuş, aralarındakı nikahı 06 may 2010-cu ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 43 saylı akt qeydi ilə qeyd etdirmişlər. Birgə nikahdan 05 iyul 2010-cu ildə Elgün və 25 mart 2014-cü ildə Günel adlı iki uşaqlar anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(030)-04/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 06 may 2010-cu il tarixdə 43 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, 05 iyul 2010-cu ildə anadan olmuş X10 və 25 mart 2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 25 manat olmaqla, cəmi 50 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(030)-04/2019 saylı qətnaməsi ilə 05 iyul 2010-cu ildə anadan olmuş X10 və 25 mart 2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda günün tələblərin uyğun olaraq həmin məbləğdə alimentlə uşaqlarının maddi ehtiyaclarını ödəməkdə, onları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa uşaqlarının saxlanılması üçün heç bir köməklik göstərmir. Uşaqları böyüdükcə onların maddi tələbatları və digər xəsrcləri artır. O, isə təkbaşna qeyd edilən vəsaitin hamısını qarşılaya bilmir. Hazırda heç bir yerdə işləmir. Əlavə gəlir və daimi qazancı yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul qəbul etməyərək izahatında göstərmişdir ki, İ qrup əlil olduğu üçün heç bir yerdə işləyə bilmir. Hazırda anası ilə birlikdə yaşayır. Tələb edilən məbləğdə aliment ödəmək iqtidarında deyildir. Odur ki, alimentin əvvəlki məbləğdə saxlanılmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X7 Cavabdeh ilə eyniməzmunlu izahat verib iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X10 05 iyul 2010-cu ildə Daşkəsən şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 26 avqust 2010-cu il tarixdə 265 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X8 25 mart 2014-cü ildə Daşkəsən rayonu Bayan kəndində anadan olmuş, atası Cavabdeh, anası X3r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 aprel 2014-cü il tarixdə 106 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 12 fevral 2019-cu il traixli 2(030)-04/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 06 may 2010-cu il tarixdə 43 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən iddiaçı X4 nikahdan əvvəlki “Nəbiyeva” soyadını bərpa etmək hüququnun olması izah edilmiş, tərəflərin birgə nikahından – xx.xx.2010-cu ildə anadan olmuş X10 və xx.xx.2014-cü ildə anadan olmuş X8 iddiaçı X1 himayəsində saxlanılması, xx.xx.2010-cu ildə anadan olmuş X10 və xx.xx.2014-cü ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 12 fevral 2019-cu il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 25 (iyirmi beş) manat olmaqla, cəmi 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməsin qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 23 iyul 2020-ci il traixli 2(030)- 165/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(030)-04/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, 05 iyul 2010-cu ildə anadan olmuş X10 və 25 mart 2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X9 ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28 fevral 2023-ci il tarixli MŞG/1/MT007/2023-00717 saylı arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 28 fevral 2023-cü il tarixdə saat 16:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı tərəfindən cavabdehə 20 fevral 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəflərin və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh el adəti ilə ailə qurmuşlar. Aralarındakı nikahı 06 may 2010-cu ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 43 saylı akt qeydi ilə qeyd etdirmişlər. Birgə nikahlarından 05 iyul 2010-cu ildə X10 və 25 mart 2014-cü ildə X8 anadan olmuşdur. Aralarında olan narazılığa tərəflər görə ayrılmışlar. İddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış, Daşkəsən rayon Qeydiyyat şöbəsində 06 may 2010-cu il tarixdə 43 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulmuş, xx.xx.2010-cu ildə anadan olmuş X10 və xx.xx.2014-cü ildə anadan olmuş X8 iddiaçı X1 himayəsində saxlanılması, xx.xx.2010-cu ildə anadan olmuş X10 və xx.xx.2014cü ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 12 fevral 2019cu il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 25 (iyirmi beş) manat olmaqla, cəmi 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İddiaçı alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 23 iyul 2020-ci il traixli 2(030)-165/2020 saylı qətnaməsi ilə 05 iyul 2010-cu ildə anadan olmuş X10 və 25 mart 2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı alimentin miqdarının artırılaraq uşaqlarının yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2020-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı uşağının saxlanılması üçün hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 05 iyul 2010-cu ildə anadan olmuş X10 və 25 mart 2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 28 fevral 2023-cü il tarixdə saat 16:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin 25 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 23 iyul 2020-ci il traixli 2(030)-165/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 05 iyul 2010-cu ildə anadan olmuş X10 və 25 mart 2014-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaitinın 25 (iyirmi beş) manatı Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-205/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-205/2023
24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver