Məhkəmə qərarları › İş №2(030)-210/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-210/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-210/2023 17.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********34181 olan "xxxx" markalı mobil telefon üçün 586.80 manat ödənilməmiş hissə, 58 manat cərimə borcu və 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********48267 olan "xxxx" markalı mobil telefon üçün 21.70 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu olmaqla, ümumilikdə 668.50 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 06 aprel 2023-cü il tarixdə xəbərnaməyə şəxsən imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 32.60 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 586.80 manata satın almışdır. 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 28.10 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 421.50 manata satın almışdır. Cavabdehin MMC-yə 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli “Müqavilə” üzrə 586.80 manat ödənilməmiş hissə, 58 manat cərimə borcu və 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli “Müqavilə” üzrə 21.70 manat ödənilməmiş hissə və 2 manat cərimə borcu olmaqla, ümumilikdə 668.50 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 32.60 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 586.80 manat olan "xxxx" markalı mobil telefonu satın almış və 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********34181 “Samsung Galaxy A12 SM-A125 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 28.10 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 421.50 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********48267 olan “Samsung Galaxy A12 SM-A125 32GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 586.80 manat ödənilməmiş hissə və 58 manat cərimə borcu, 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 21.70 manat ödənilməmiş hissə və 2 manat cərimə borcu olmaqla, ümumilikdə isə 668.50 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 07 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 586.80 manata və 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 421.5 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 399.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli “Müqavilə” üzrə 586.80 manat ödənilməmiş hissə və 58 manat cərimə borcu və 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli “Müqavilə” üzrə 21.70 manat ödənilməmiş hissə və 2 manat cərimə borcu olmaqla, ümumilikdə 668.50 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 644.80 manat, 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 23.70 manat olmaqla, cəmi 668.50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 avqust 2021-ci il tarixli 24018521 nömrəli müqavilə üzrə 586.60 manat ödənilməmiş hissə və 58 manat cərimə borcu, 11 yanvar 2021-ci il tarixli 22204356 nömrəli müqavilə üzrə 21.70 manat ödənilməmiş hissə və 2 manat cərimə borcu olmaqla, cəmi 668.50 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar