Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-211/2023 18.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 oktyabr 2020-ci tarixli 21235776 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A21S” markalı mobil telefon üçün 89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 119 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 05 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2020-ci tarixli 21235776 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 42 manat ödəməklə 12 ay müddətinə “SAMSUNG GALAXY A21S” markalı mobil telefonu 514 manata satın almışdır. Cavabdeh tərəfindən 433 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 09 oktyabr 2021-ci tarixli 21235776 nömrəli “Müqavilə” üzrə 81 manat ödənilməmiş hissə və 8 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 13 iyun 2021-ci il tarixli 21235776 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli 21235776 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 42 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 514 manat olan “SAMSUNG GALAXY A21S” markalı mobil telefonu satın almış və “SAMSUNG GALAXY A21S DS (SM-A217) 32GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 oktyabr 2020-ci il tarixli 21235776 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A21S” markalı mobil telefon üçün 81 manat ödənilməmiş hissə və 8 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 07 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 09 oktyabr 2020-ci il tarixli 21235776 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A21S” markalı mobil telefonu 514 manata satın almışdır. Cavabdeh tərəfindən 433 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 09 oktyabr 2020-ci il tarixli 21235776 nömrəli “Müqavilə” üzrə 81 manat ödənilməmiş hissə və 8 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 09 oktyabr 2020-ci il tarixli 21235776 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A21S” markalı mobil telefon üçün 89 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 09 oktyabr 2020-ci il tarixli 21235776 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A21S” markalı mobil telefon üçün 89 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-211/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-211/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver