Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-212/2023 20.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 may 2021-ci tarixli 23037262 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 128 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 158 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 aprel 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 may 2021-ci tarixli 23037262 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 25.90 manat ödəməklə 12 ay müddətinə “Samsung Galaxy A10s” markalı mobil telefonu 324.30 manata satın almışdır. Cavabdeh tərəfindən 208.10 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMCyə 03 may 2021-ci tarixli 23037262 nömrəli “Müqavilə” üzrə 116.20 manat ödənilməmiş hissə və 11.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 03 may 2021-ci il tarixli 23037262 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 may 2021-ci il tarixli 23037262 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 25.90 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 324.30 manat olan “Samsung Galaxy A10s” markalı mobil telefonu satın almış və “Samsung Galaxy A10s (SM-A107)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 may 2021-ci il tarixli 23037262 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 116.20 manat ödənilməmiş hissə və 11.80 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 07 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 03 may 2021-ci il tarixli 23037262 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10s” markalı mobil telefonu 324.30 manata satın almışdır. Cavabdeh tərəfindən 208.10 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 03 may 2021-ci il tarixli 23037262 nömrəli “Müqavilə” üzrə 116.20 manat ödənilməmiş hissə və 11.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 03 may 2021-ci il tarixli 23037262 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 128 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385- 1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03 may 2021-ci il tarixli 23037262 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10s” markalı mobil telefon üçün 128 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-212/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-212/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver