Məhkəmə qərarları › İş №2(030)-213/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-213/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-213/2023 20.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 avqust 2022-ci il tarixli STM000685 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən 402 manat əsas borc, 60.30 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulub "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 aprel 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, fiziki şəxs X3 ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli STM000685 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh 402 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. "xxxx" MMC ilə Cavabdeh arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən ilə X1 Cavabdeh qarşı olan 402 manat məbləğin tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. "xxxx" MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq, ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin QSC-yə 402 manat əsas borc və 60.30 manat cərimə borcu olmaqla, cəmi 462.30 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 10 avqust 2022-ci il tarixli STM000685 saylı “Nisyə Alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən “Satıcı” “Alıcı”ya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə-1-də göstərilən mal(lar)ı satır, “Alıcı” isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)n dəyərini “Satıcı”ya ödəyir. “Satıcı”bu müqviləyə əsasən dəyəri 402 manat olan malı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə heç bir ilkin ödəniş etmədən malı qəbul edib, müqavilənin tərkib hissə olan Əlavə 1də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İşə əlavə edilmiş 10 avqust 2022-ci il tarixli STM000685 saylı Nisyə alqı-satqı müqviləsinə Əlavə1-dən görünür ki, Cavabdeh dəyəri 402 manat olan malı 6 ay 67 manat ödəmək şərti ilə almışdır. İşə əlavə edilmiş 11 avqust 2022-ci il tarixli R-409/20 nömrəli Faktorinq müqaviləsinə əlavə olunan R-4xx/xx-0146 nömrəli Sazişdən görünür ki, fiziki şəxs X3 və X4 şəxsində təmsil olunan "xxxx" QSC arasında saziş bağlanmışdır. İşə əlavə edilmiş 06 fevral 2023-cü il tarixli “Hesabdan çıxarış”dan görünür ki, Cavabdeh 10 avqust 2022-ci il tarixli STM000685 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi” üzrə heç bir ödəniş etməmişdir. İşə əlavə edilmiş 06 fevral 2023-cü il tarixli “Maliyyə arayışın” dan görünür ki, Cavabdeh 10 avqust 2022-ci il tarixli STM000685 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi” üzrə "xxxx" QSC-yə 402 manat əsas borc və 60.30 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 17 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, fiziki şəxs X3 ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli STM000685 nömrəli “Nisyə Alqısatqı müqaviləsi”nə əsasən cavabdeh 402 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. Cavabdeh tərəfindən heç bir ödəniş etməmişdir. Cavabdehin MMC-yə 10 avqust 2022-ci il tarixli STM000685 nömrəli “Nisyə Alqı-satqı müqaviləsi” üzrə 402 manat əsas borc və 60.30 manat cərimə borcu olmaqla, cəmi 462.30 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10 avqust 2022-ci il tarixli STM000685 saylı “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən 402 manat əsas borc və 60.30 manat cərimə borcu olmaqla, cəmi 572.45 manat məbləğin pul vəsaiti alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10 avqust 2022-ci il tarixli STM000685 saylı “Nisyə Alqı-satqı müqaviləsi”nə əsasən 402 manat əsas borc, 60.30 manat cərimə borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla cəmi 492 (dörd yüz doxsan iki) manat 70 (yetmiş) qəpik tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar