Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-216/2023 14.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 04 iyul 2022-ci il tarixli RGKT5905215A127 saylı kredit müqaviləsi üzrə 3693.77 manat əsas, 586.09 manat faiz borcu olmaqla, cəmi 4279.86 manat kredit borcu və ödənilmiş 62.80 manat dövlət rüsumunun İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 07 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2022-ci il tarixli RGKT5905215A127 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə 83 ay müddətinə illik 24.85 faiz dərəcəsi ilə 3693.77 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 3693.77 manat əsas, 586.09 manat faiz borcu olmaqla, cəmi 4279.86 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşə əlavə edilmiş 04 iyul 2022-ci il tarixli RGKT5905215A127 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2022-ci il tarixli RGKT5905215A127 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 24.85% olmaqla 83 ay müddətinə 3693.77 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 22 fevral 2023-cü il tarixli 15/1053 Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 20 2023-cü il tarixə 3693.77 manat əsas, 586.09 manat faiz borcu olmaqla, cəmi 4279.86 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 20 fevral 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 62.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2022-ci il tarixli RGKT5905215A127 saylı “Kredit müqaviləsi” ilə sonuncuya illik 24.85 % olmaqla 83 ay müddətinə 3693.77 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 3693.77 manat əsas, 586.09 manat faiz borcu olmaqla, cəmi 4279.86 manat məbləğində kredit borcu yaranmışdır. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh arasında bağlanmış 04 iyul 2022-ci il tarixli RGKT5905215A127 saylı kredit müqaviləsi üzrə 3693.77 manat əsas, 586.09 manat faiz borcu olmaqla, cəmi 4279.86 manat məbləğ tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 62.80 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385-1,216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04 iyul 2022-ci il tarixli RGKT5905215A127 saylı kredit müqaviləsi üzrə 3693.77 manat əsas, 586.09 manat faiz borcu olmaqla, cəmi 4279.86 manat məbləğində vəsaitin və ödənilmiş 62.80 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-216/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-216/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver