Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-22/2024 07.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Abdullayev Musahib Alı oğlu və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Abdullayev Musahib Alı oğlu və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-63 nömrəli Bank hesabı və Kredit müqaviləsi üzrə 13 yanvar 2023-cü il tarixə 2577,04 manat əsas, 1302,37 manat faiz və 2,57 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 203,76 manat faiz borcu və iş üzrə ödənilmiş 60,86 manat dövlət rüsumu, olmaqla cəmi 4085,74 manat kredit borcunun cavabdehlər Cavabdeh1, Abdullayev Musahib Alı oğlu və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03 nömrəli Bank hesabı və Kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18% olmaqla 27 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03/ZM/1 nömrəli “Zaminlik müqavilə”sinə əsasən isə digər borclu (zamin) Abdullayev Musahib Alı oğlu və 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03/ZM/2 nömrəli “Zaminlik müqavilə”sinə əsasən isə digər borclu (zamin) Cavabdeh3 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-63 nömrəli Bank hesabı və Kredit müqaviləsi üzrə cavabdehlərin 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-63 nömrəli Bank hesabı və Kredit müqaviləsi üzrə 13 yanvar 2023-cü il tarixə 2577,04 manat əsas, 1302,37 manat faiz və 2,57 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 203,76 manat faiz borcu və iş üzrə ödənilmiş 60,86 manat dövlət rüsumu, olmaqla cəmi 4085,74 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdalıq edildikdən sonra 17 mart 2020-ci il tarixdə 35 manat ödəniş edilmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank təırəfindən 25 yanvar 2023-cü il tarixli **********156 saylı bilririş məktubu göndərilməsinə baxmayaraq, heç bir müsbət nəticəsi olmamışdır. Məhkəmdən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1, Abdullayev Musahib Alı oğlu və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03 nömrəli Bank hesabı və Kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03 nömrəli “Bank hesabı və Kredit müqaviləsi”nə əsasən Cavabdeh1 illik 27% olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03/ZM/1 nömrəli “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Abdullayev Musahib Alı oğlu kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03/ZM/2 nömrəli “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) Cavabdeh3 kredit alan Cavabdeh1 tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşə əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli **********116 nömrəli arayışdan görünür ki, "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03 nömrəli “Bank hesabı və Kredit müqaviləsi” üzrə Cavabdeh1 13 yanvar 2023-cü il tarixə yaranmış müqavilə üzrə əsas borcu 2577,04 manat, müqavilənin müddəti 17 dekabr 2019-cu il – 17 iyun 2021-ci il, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1302,37 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə - 2,57 manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% dərəcəsi, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği – 203,76 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc – 4085,74 manatdır. İşə əlavə edilmiş 25 yanvar 2023-cü il tarixlio **********156 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh1, Abdullayev Musahib Alı oğlu və Cavabdeh3 13 yanvar 2023-cü il tarixə 2577,04 manat əsas, 1302,37 manat faiz, 2,57 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% dərəcəsi, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği – 203,76 manat olmaqla, cəmi 4085,74 manat məbləğində borcu qaldığı, həmin məbləğin 3 gün ərzində ödənilməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 25 aprel 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2024-cü il tarixli 9/1430 nömrəli ekspert rəyindən görünür ki, 17 iyun 2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 2577 manat, fazi borcu üzrə 869,74 manat, 13 yanvar 2023-cü il tarixə (sual üzrə tarixə) əsas borc üzrə 2577 manat, faiz borcu üzrə 869,74 manat və faiz borcu üzrə (5%-lə) 202,58 manat müəyyən edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı Amrah Bank” ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03 nömrəli Bank hesabı və Kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18% olmaqla 27 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03/ZM/1 nömrəli “Zaminlik müqavilə”sinə əsasən isə digər borclu (zamin) Abdullayev Musahib Alı oğlu və 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-03/ZM/2 nömrəli “Zaminlik müqavilə”sinə əsasən isə digər borclu (zamin) Cavabdeh3 kredit alan Cavabdeh1 bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 17 dekabr 2019-cu il tarixli ***-*******MK161219-63 nömrəli Bank hesabı və Kredit müqaviləsi üzrə cavabdehlərin 17 dekabr 2019-cu il tarixli ***- *******MK161219-63 nömrəli Bank hesabı və Kredit müqaviləsi üzrə 13 yanvar 2023-cü il tarixə 2577,04 manat əsas, 1302,37 manat faiz və 2,57 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 203,76 manat faiz borcu və iş üzrə ödənilmiş 60,86 manat dövlət rüsumu, olmaqla cəmi 4085,74 manat borcu hesablanmışdır. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2024-cü il tarixli 9/1430 nömrəli ekspert rəyi ilə 17 iyun 2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 2577 manat, fazi borcu üzrə 869,74 manat, 13 yanvar 2023-cü il tarixə (sual üzrə tarixə) əsas borc üzrə 2577 manat, faiz borcu üzrə 869,74 manat və faiz borcu üzrə (5%-lə) 202,58 manat müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlu əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə zaminlərin məsuliyyət daşıması məsələsinə münasibətdə qeyd edir ki, zaminlik öhdəliyin icrasının təmini üsullarından biri olmaqla aksessor (əlavə) xarakter kəsb edir. Zamin öhdəliyin icrasına təminat vermiş şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Qanunvericilikdə isə, əsas borcluya və zaminlərə qarşı tələb irəli sürmək imkanı üçün müddət eyni deyildir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 420.1.2-ci maddəsinə əsasən təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində etibarsız sayılır. 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Göründüyü kimi kredit müqaviləsində əsas öhdəliyin icrası müddəti konkret olaraq 18 ay göstərilmişdir. Həmin müddətin son günü 18 iyun 2021-ci il tarixə təsadüf edir. İddiaçı 10 may 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi verən vaxt artıq onun zaminlərə qarşı tələb irəli sürmək hüququ olmamışdır. Bu müddət kəsici müddət sayılır və qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Azərbaycan Respublikası MM-in 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası MM-in 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2577 manat əsas, 869,74 manat faiz və illik 5%-lə hesablanmış 202,58 manat faiz borcu və 54,36 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3703,68 (üç min yeddi yüz üç manat altmış səkkiz qəpik) manat məbləğində pul tutulub iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60,86 manat məbləğində dövlət rüsumunun 54,36 manatı cavabdehdən tutulub iddiaçıya ödəniılməli, 6,50 manatı isə iddiaçıya aid edilməlidir. Cavabdeh1 100 manat məhkəmə ekspertizasının xərci tutulub Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2577 manat əsas, 869,74 manat faiz və illik 5%-lə hesablanmış 202,58 manat faiz borcu və 54,36 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3703,68 (üç min yeddi yüz üç manat altmış səkkiz qəpik) manat məbləğində pul tutulub iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. Cavabdeh1 məhkəmə ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, X3 Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-22/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-22/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver