Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-221/2023 25.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 (bundan sonra "xxxx" MMC) cavabdeh X5 qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 27 yanvar 2020-ci tarixli 20062833 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung” markalı soyuducu üçün 400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, cavabdeh X5 göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 aprel 2023-cü il tarixdə “bu ünvanda yaaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 27 yanvar 2020-ci tarixli 20062833 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 162 manat ödəməklə 12 ay müddətinə “Samsung” markalı soyuducunu 1944 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 1580 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMCyə 27 yanvar 2020-ci tarixli 20062833 nömrəli “Müqavilə” üzrə 364 manat ödənilməmiş hissə və 36 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 27 yanvar 2020-ci tarixli 20062833 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 27 yanvar 2020-ci tarixli 20062833 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 162 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 1944 manat olan “Samsung” markalı soyuducunu satın almış, 27 yanvar 2020-ci tarixli 20062833 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung RT53K6510EF/WT” markalı soyuducu X5 təhvil verilmiş, İsmayılova Əfsanə tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 27 yanvar 2020-ci il tarixli 20062833 nömrəli “Müqaviləyə” əsasən “Samsung” markalı soyuducu üçün 364 manat ödənilməmiş hissə və 36 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 14 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X6 arasında 27 yanvar 2020-ci il tarixli 20062833 nömrəli müqaviləyə əsasən “Samsung” markalı soyuducuu 1944 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 1580 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 27 yanvar 2020-ci il tarixli 20062833 nömrəli üzrə hesablanmış 36 manat məbləğində cərimə azaldılaraq 3 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 27 yanvar 2020-ci il tarixli 20062833 nömrəli müqaviləyə əsasən “SAMSUNG” markalı soyuducu üçün 367 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 27 yanvar 2020-ci il tarixli 20062833 nömrəli müqaviləyə əsasən “SAMSUNG” markalı soyuducu üçün 367 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X4 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-221/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-221/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver