Məhkəmə qərarları › İş №2(030)-225/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-225/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-225/2023 25.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 fevral 2021-ci tarixli 22297074 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Panasonic Trimmer” üçün 211 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 241 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 03 aprel 2023-cü il tarixdə “bu ünvanda yaaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2021ci tarixli 22297074 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 17.40 manat ödəməklə 18 ay müddətinə “Panasonic Trimmer”i 313.20 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 121.20 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 16 fevral 2021-ci tarixli 22297074 nömrəli “Müqavilə” üzrə 192 manat ödənilməmiş hissə və 19 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 16 fevral 2021-ci tarixli 22297074 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2021-ci tarixli 22297074 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 17.40 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 313.20 manat olan “Panasonic Trimmer”i satın almış, 16 fevral 2021-ci tarixli 22297074 nömrəli müqaviləyə əsasən 1 ədəd “Panasonic Trimmer ER-GB96-K520” Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 10 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 fevral 2021-ci il tarixli 22297074 nömrəli “Müqaviləyə” əsasən “Panasonic Trimmer” üçün 192 manat ödənilməmiş hissə və 19 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 13 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 16 fevral 2021-ci il tarixli 22297074 nömrəli müqaviləyə əsasən “Panasonic Trimmer”i 313.20 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 121.20 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 16 fevral 2021-ci il tarixli 22297074 nömrəli üzrə hesablanmış 19 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16 fevral 2021-ci il tarixli 22297074 nömrəli müqaviləyə əsasən “Panasonic Trimmer” üçün 194 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 fevral 2021-ci il tarixli 22297074 nömrəli müqaviləyə əsasən “Panasonic Trimmer” üçün 194 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar