Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-226/2023 20.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 iyul 2021-ci tarixli 23224463 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 471 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 501 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 04 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2021-ci tarixli 23224463 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 47.90 manat ödəməklə 12 ay müddətinə “SAMSUNG GALAXY A12” markalı mobil telefonu 574.80 manata satın almışdır. Cavabdeh tərəfindən 145.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 17 iyul 2021-ci tarixli 23224463 nömrəli “Müqavilə” üzrə 429 manat ödənilməmiş hissə və 42 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 13 iyun 2021-ci il tarixli 23224463 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2021-ci il tarixli 23224463 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 47.90 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 574.80 manat olan “SAMSUNG GALAXY A12” markalı mobil telefonu satın almış və “SAMSUNG GALAXY A12 (SM-A125) 64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 10 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17 iyul 2021-ci il tarixli 23224463 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 429 manat ödənilməmiş hissə və 42 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 13 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 17 iyul 2021-ci il tarixli 23224463 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A12” markalı mobil telefonu 574.80 manata satın almışdır. Cavabdeh tərəfindən 145.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 17 iyul 2021-ci il tarixli 23224463 nömrəli “Müqavilə” üzrə 429 manat ödənilməmiş hissə və 42 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17 iyul 2021-ci il tarixli 23224463 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 471 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 iyul 2021-ci il tarixli 23224463 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 471 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-226/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-226/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver