Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-233/2023 27.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 sentyabr 2022-ci il tarixli GZL000641 nömrəli "xxxx"nə əsasən 195 manat əsas borc, 29.25 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulub İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 01 aprel 2023-cü il tarixdə “köçüb, bu ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, fiziki şəxs X2 ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2022-ci il tarixli GZL000641 nömrəli "xxxx"nə əsasən cavabdeh 195 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən ilə X1 Cavabdeh qarşı olan 195 manat məbləğin tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq, ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin QSC-yə 195 manat əsas borc və 29.25 manat cərimə borcu olmaqla, cəmi 224.25 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli GZL000641 saylı "xxxx"nin surətindən görünür ki, "xxxx"nə əsasən “Satıcı” “Alıcı”ya siyahısı müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə-1-də göstərilən mal(lar)ı satır, “Alıcı” isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada mal(lar)n dəyərini “Satıcı”ya ödəyir. “Satıcı”bu müqviləyə əsasən dəyəri 195 manat olan malı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə heç bir ilkin ödəniş etmədən malı qəbul edib, müqavilənin tərkib hissə olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İşə əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli GZL000641 saylı Nisyə alqı-satqı müqviləsinə Əlavə1-dən görünür ki, Cavabdeh dəyəri 195 manat olan malı 5 ay 33 manat, 1 ay 30 manat ödəmək şərti ilə almışdır. İşə əlavə edilmiş 21 sentyabr 2022-ci il tarixli R-1357/22 nömrəli Faktorinq müqaviləsinə əlavə olunan R-13xx/xx-0013 nömrəli Sazişdən görünür ki, fiziki şəxs X2 və X5 şəxsində təmsil olunan İddiaçı QSC arasında saziş bağlanmışdır. İşə əlavə edilmiş 20 fevral 2023-cü il tarixli “Hesabdan çıxarış”dan görünür ki, Cavabdeh 15 sentyabr 2022-ci il tarixli GZL000641 nömrəli "xxxx" üzrə heç bir ödəniş etməmişdir. İşə əlavə edilmiş 20 fevral 2023-cü il tarixli “Maliyyə arayışın” dan görünür ki, Cavabdeh 15 sentyabr 2022-ci il tarixli GZL000641 nömrəli "xxxx" üzrə İddiaçı QSC-yə 195 manat əsas borc və 29.25 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, fiziki şəxs X2 ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2022-ci il tarixli GZL000641 nömrəli "xxxx"nə əsasən cavabdeh 195 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. Cavabdeh tərəfindən heç bir ödəniş etməmişdir. Cavabdehin MMC-yə 15 sentyabr 2022-ci il tarixli GZL000641 nömrəli "xxxx" üzrə 195 manat əsas borc və 29.25 manat cərimə borcu olmaqla, cəmi 224.25 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15 sentyabr 2022-ci il tarixli GZL000641 saylı "xxxx"nə əsasən 195 manat əsas borc və 29.25 manat cərimə borcu olmaqla, cəmi 224.25 manat məbləğin pul vəsaiti alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 sentyabr 2022-ci il tarixli GZL000641 saylı "xxxx"nə əsasən 195 manat əsas borc, 29.25 manat cərimə borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla cəmi 254 (iki yüz əlli dörd) manat 65 (altmış beş) qəpik tutularaq İddiaçı X3 ödənilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-233/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-233/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver