Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-238/2023 03.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 31 iyul 2004-cü ildə anadan olmuş X9, 29 noyabr 2005-ci ildə anadan olmuş X10 və 20 dekabr 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Daşkəsən Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(030)-120/2021 saylı qətnaməsi ilə təyin edilmiş 300 manat məbləğində alimentin miqdarının artırılaraq, 31 iyul 2004-cü ildə anadan olmuş X9 yetkinlik yaşına çatdığı üçün 29 noyabr 2005-ci ildə anadan olmuş X10 və 20 dekabr 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödədiyi 50 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X5 ilə Cavabdeh 2003-cü ildə el adəti ilə ailə qurmuşlar. Aralarındakı nikahı 05 noyabr 2004-cü il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 79 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 31 iyul 2004-cü ildə X9, 29 noyabr 2005-ci ildə X10 və 20 dekabr 2010-cu ildə X11 doğulmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Raypon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(030)-120/2021 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və uşaqların saxlanılması üçün hər uşağa 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment təyin edilmişdir. 31 iyul 2004-cü ildə X9 yetkinlik yaşına çatmışdır. Haızrda cavabdeh alimentdən başqa uşaqlarının saxlanılması üçün heç bir maddi köməklik göstərmir. İddiaçı isə günün tələblərinə uyğun olaraq uşaqlarının maddi təminatı təkbaşına ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X9 31 iyul 2004-cü ildə Daşkəsən şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Bu barədə Daşkəsən rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 05 noyabr 2004-cü il tarixdə 194 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X10 29 noyabr 2005-ci ildə Daşkəsən şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Bu barədə Daşkəsən rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 09 dekabr 2005-ci il tarixdə 269 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X11 20 dekabr 2010-cu ildə Daşkəsən şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Bu barədə Daşkəsən rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 07 yanvar 2011-ci il tarixdə 05 nömrəli qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(030)-120/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X5 ilə Cavabdeh arasında bağlanmış, 05 noyabr 2004-cü il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 79 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən iddiaçı X3 nikahdan əvvəlki “Əsgərova” soyadını bərpa etmək hüququnun olması izah edilməs, tərəflərin birgə nikahından 31 iyul 2004-cü ildə anadan olmuş X9, 29 noyabr 2005-ci ildə anadan olmuş X10 və 20 dekabr 2010-cu ildə anadan olmuş X11 iddiaçı X1 yanında saxlanılması, 31 iyul 2004cü ildə anadan olmuş X9, 29 noyabr 2005-ci ildə anadan olmuş X10 və 20 dekabr 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 10 mart 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Nikahın pozulması haqqında qətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında olan nikah Daşkəsən Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(030)-120/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 07 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 05 may 2022-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə 06 mart 2023-ci il tarixli MŞG/MT007/2023- 00633 saylı arayışdan görünür ki, İddiaçı “alimentin artırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 27 fevral 2023-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən cavabdehə 31 yanvar 2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, X5 ilə Cavabdeh 2003-cü ildə el adəti ilə ailə qurmuşlar. Aralarındakı nikahı 05 noyabr 2004-cü il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 79 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 31 iyul 2004-cü ildə X9, 29 noyabr 2005-ci ildə X10 və 20 dekabr 2010cu ildə X11 anadan olmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(030)-120/2021 saylı qətnaməsi ilə X5 ilə Cavabdeh arasında bağlanmış, 05 noyabr 2004-cü il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 79 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən iddiaçı X3 nikahdan əvvəlki “Əsgərova” soyadını bərpa etmək hüququnun olması izah edilməs, tərəflərin birgə nikahından 31 iyul 2004-cü ildə anadan olmuş X9, 29 noyabr 2005-ci ildə anadan olmuş X10 və 20 dekabr 2010-cu ildə anadan olmuş X11 iddiaçı X1 yanında saxlanılması, 31 iyul 2004-cü ildə anadan olmuş X9, 29 noyabr 2005-ci ildə anadan olmuş X10 və 20 dekabr 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 10 mart 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. 31 iyul 2004-cü ildə anadan olmuş X9 yetkinlik yaşına çatmışdır. Hazırda İddiaçı 29 noyabr 2005-ci ildə anadan olmuş X10 və 20 dekabr 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2021ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı uşağının saxlanılması üçün hər uşağa 250 manat olmaqla, cəmi 500 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29 noyabr 2005-ci ildə anadan olmuş X10 və 20 dekabr 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 27 fevral 2023-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-120/2021 saylı 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. 29 noyabr 2005-ci ildə anadan olmuş X10 və 20 dekabr 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutulub İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-238/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-238/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver