Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-242/2023 10.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon üçün 366 manat və 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 8A” və "xxxx" markalı mobil telefon üçün 329 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 10 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 37 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefonu 766 manata satın almışdır. 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 42.80 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi 8A” və "xxxx" markalı mobil telefonu 537.60 manata satın almışdır. Cavabdehin MMC-yə 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli “Müqavilə” üzrə 332.7 manat ödənilməmiş hissə, 33.3 manat cərimə borcu və 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli “Müqavilə” üzrə 299.40 manat ödənilməmiş hissə və 29.60 manat cərimə borcu olmaqla, ümumilikdə 695 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 37 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 766 manat olan “Samsung Galaxy A50” markalı mobil telefonu satın almış və 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********79371 “Samsung Galaxy A50 DS (SM-A505)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 42.80 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 537.60 manat olan 1 ədəd “Xiaomi Redmi 8A” və "xxxx" markalı mobil telefonnı satın almış və 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********92338 olan “Xiaomi Redmi 8A 2/32GB” markalı mobil telefon və 1 ədəd İMEİ kodu **********11214 olan "xxxx" Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon üçün 332.70 manat ödənilməmiş hissə və 33.30 manat cərimə borcu, 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 8A” və "xxxx" markalı mobil telefon üçün 299.40 manat ödənilməmiş hissə və 29.60 manat cərimə borcu olmaqla, ümumilikdə isə 695 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefonu 766 manata və 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 8A” və "xxxx" markalı mobil telefonu 537.60 manata satın almışdır. Cavabdehin MMC-yə 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli “Müqavilə” üzrə 332.70 manat ödənilməmiş hissə və 33.30 manat cərimə borcu və 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli “Müqavilə” üzrə 299.40 manat ödənilməmiş hissə və 29.60 manat cərimə borcu olmaqla, ümumilikdə 695 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 671.50 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon üçün 366 manat, 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli müqaviləyə əsasən 1 ədəd “Xiaomi Redmi 8A” və "xxxx" markalı mobil telefon üçün 329 manat olmaqla, cəmi 695 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli və 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli müqavilələr üzrə hesablanmış 62.90 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli və 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli müqavilələr üzrə ümumilikdə 634.10 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 sentyabr 2019-cu il tarixli 00931986 nömrəli və 24 yanvar 2020-ci il tarixli 20057105 nömrəli müqavilələr üzrə 634.10 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-242/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-242/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver