Məhkəmə qərarları › İş №2(030)-243/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-243/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-243/2023 10.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung” markalı paltaryuyan və “Braun Ts” markalı ütü üçün 1289 manat və 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı səsucaldıcı üçün 475 manat borc və ödənilmiş 37.64 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 10 aprel 2023-cü il tarixdə “köçüb” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 117.60 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung” markalı paltaryuyan və “Braun Ts” markalı ütünü 1411.20 manata satın almışdır. 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 54 manat ödəməklə 10 ay müddətinə 1 ədəd "xxxx" markalı səsucaldıcını 540 manata satın almışdır. Cavabdehin MMC-yə 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli “Müqavilə” üzrə 1171.20 manat ödənilməmiş hissə, 117.80 manat cərimə borcu və 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli “Müqavilə” üzrə 432 manat ödənilməmiş hissə və 43 manat cərimə borcu olmaqla, ümumilikdə 1764 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 117.60 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 1411.20 manat olan “Samsung” markalı paltaryuyan və “Braun Ts” markalı ütünü satın almış və 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung WW80R42LXFSDLP” markalı mobil telefon və “Braun Ts 785” markalı ütü Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 54 manat ödəməklə 10 ay müddətinə alqı-satqı qiyməti 540 manat olan 1 ədəd "xxxx" markalı səsucaldıcınısatın almış və 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********20301 olan “Sony V02 High Power MHC-V02” markalı səsucaldıcı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung” paltaryuyan telefon və “Braun Ts” markalı ütü üçün 1171.20 manat ödənilməmiş hissə və 117.80 manat cərimə borcu, 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı səsucaldıcı üçün 432 manat ödənilməmiş hissə və 43 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1764 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 37.64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung” markalı paltaryuyan və “Braun Ts” markalı ütünü 1411.20 manata və 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı səsucaldıcını 540 manata satın almışdır. Cavabdehin MMC-yə 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli “Müqavilə” üzrə 1171.20 manat ödənilməmiş hissə və 117.80 manat cərimə borcu, 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli “Müqavilə” üzrə 432 manat ödənilməmiş hissə və 43 manat cərimə borcu olmaqla, ümumilikdə 1764 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 348 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung” markalı paltaryuyan və “Braun Ts” markalı ütü üçün 1289 manat, 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı səsucaldıcı üçün 475 manat olmaqla, cəmi 1764 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli və 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli müqavilələr üzrə hesablanmış 160.80 manat məbləğində cərimə azaldılaraq 3 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli və 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli müqavilələr üzrə ümumilikdə 1606.20 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 fevral 2020-ci il tarixli 20135384 nömrəli və 02 fevral 2020-ci il tarixli 20075904 nömrəli müqavilələr üzrə 1606.20 manat borcun və ödənilmiş 37.64 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar