Məhkəmə qərarları › İş №2(030)-245/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-245/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-245/2023 10.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A41” markalı mobil telefon üçün 365 manat və 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 365 manat borc və ödənilmiş 30.98 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Mayılov Rübail 10 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 36 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A41” markalı mobil telefonu 432 manata satın almışdır. 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 39.50 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 811 manata satın almışdır. Cavabdehin MMC-yə 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli “Müqavilə” üzrə 332 manat ödənilməmiş hissə, 33 manat cərimə borcu və 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli “Müqavilə” üzrə 667 manat ödənilməmiş hissə və 66 manat cərimə borcu olmaqla, ümumilikdə 1098 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 36 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 432 manat olan “Samsung Galaxy A41” markalı mobil telefonu satın almış və 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********80674 “Samsung Galaxy A41 DS (SM-A415)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 39.50 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 811 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu 811 manata satın almış və 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********61167 olan “Samsung Galaxy A10 (SM-A505)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A41” markalı mobil telefon üçün 332 manat ödənilməmiş hissə və 33 manat cərimə borcu, 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 667 manat ödənilməmiş hissə və 66 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1098 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 24 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30.98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A41” markalı mobil telefonu 432 manata və 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 811 manata satın almışdır. Cavabdehin MMC-yə 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli “Müqavilə” üzrə 332 manat ödənilməmiş hissə və 33 manat cərimə borcu və 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli “Müqavilə” üzrə 667 manat ödənilməmiş hissə və 66 manat cərimə borcu olmaqla, ümumilikdə 1098 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 244 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A41” markalı mobil telefon üçün 365 manat, 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 733 manat olmaqla, cəmi 1098 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli və 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli müqavilələr üzrə hesablanmış 99 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli və 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli müqavilələr üzrə ümumilikdə 1000 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30.98 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078785 nömrəli və 18 iyun 2020-ci il tarixli 20357678 nömrəli müqavilələr üzrə 1000 manat borcun və ödənilmiş 30.98 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar