Məhkəmə qərarları › İş №2(030)-248/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-248/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-248/2024 15.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) cavabdeh X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh X1 05 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 743.83 manat əsas borc, 128.12 manat faiz, 18.46 manat cərimə borcu, 1.20 manat komisyon haqqı olmaqla, cəmi 891.61 manat və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh muqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 743.83 manat əsas borc, 128.12 manat faiz, 18.46 manat cərimə, 1.20 manat komisyon haqqı borcu olmaqla, cəmi 891.61 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdalıq olunsa da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. İşə əlavə edilmiş 05 fevral 2020-ci il tarixli 985sADJ/20 nömrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" KB ASC X3 illik 29 faizədək olmaq şərtilə xx.xx.2025 il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 300 manat təyin edilmiş, cavabdehə bank hesabı açılmış və ödəniş karti təqdim edilmişdir. İşə əlavə edilmiş 24 yanvar 2024-cü il tarixli BANK/PİKMD/1161670 nömrəli arayışın surətindən görünür ki, müştəri X2 05 fevral 2022-ci il 985sADJ/20 nömrəli kredit müqaviləsi üzrə 743.83 manat əsas borc, 128.12 manat faiz, 18.46 manat cərimə, 1.20 manat komisyon haqqı borcu olmaqla, 891.61 manat məbləğində kredit borcu vardır. İşə əlavə edilmiş 24 yanvar 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, "xxxx" KB ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları ilə müəyyən olundu ki, "xxxx" KB ASC ilə X4 arasında bağlanmış 05 fevral 2020-ci il tarixli kredit müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinədək illik 29% faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və nəticədə 891.61 manat əsas borcu yaranmışdır. Şərh olunanlara və iş ürzə tərəfin tqədim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, cavabdeh X4 arasında bağlanmış 05 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 891.61 manat borc cavabdeh X1 tutulub iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 385.1, 216-220, 235, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 05 fevral 2020-ci il 985sADJ/20 nömrəli kredit xətti müqaviləsi üzrə 891.61 manat borc və 30 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar