Məhkəmə qərarları › İş №2(030)-250/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-250/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-250/2023 28.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 dekabr 2019-cu tarixli 01162344 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İmei Kodu **********12100 olan “Samsung Galaxy A10” markalı mobil telefon və 1 ədəd “X3” üçün 215 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 245 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 11 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-cu tarixli 01162344 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 30.70 manat ödəməklə 12 ay müddətinə “Samsung Galaxy A10” markalı mobil telefon və “X3” markalı qoruyucu şüşəni 368.40 manata satın almışdır. Cavabdeh tərəfindən 172.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 27 dekabr 2019-cu tarixli 01162344 nömrəli “Müqavilə” üzrə 195.60 manat ödənilməmiş hissə və 19.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 27 dekabr 2019-cu il tarixli 01162344 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli 01162344 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 30.70 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 368.40 manat 1 ədəd İmei Kodu **********12100 olan “Samsung Galaxy A10 DS (SM-A105)” markalı mobil telefon və “X3 Samsung A10 Black” markalı qoruyucu şüşə Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27 dekabr 2019-cu il tarixli 01162344 nömrəli “Müqaviləyə” əsasən “Samsung Galaxy A10” markalı mobil telefon və “X3” markalı markalı qoruyucu şüşə üçün 195.60 manat ödənilməmiş hissə və 19.40 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 27 dekabr 2019-cu il tarixli 01162344 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefon və “X3” markalı markalı qoruyucu şüşə ni 368.40 manata satın almışdır. Cavabdeh tərəfindən 172.80 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 27 dekabr 2019-cu il tarixli 01162344 nömrəli “Müqavilə” üzrə 195.60 manat ödənilməmiş hissə və 19.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 27 dekabr 2019-cu il tarixli 01162344 nömrəli üzrə hesablanmış 19.40 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27 dekabr 2019-cu il tarixli 01162344 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefon və “X3” markalı markalı qoruyucu şüşə üçün 197.60 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 dekabr 2019-cu il tarixli 01162344 nömrəli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefon və “X3” markalı markalı qoruyucu şüşə üçün 197.60 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar