Məhkəmə qərarları › İş №2(030)-251/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-251/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-251/2023 28.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********91635 olan “Huawei Y9” markalı mobil telefon üçün 202 manat və 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı printer üçün 62 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi cavabdehin kolleqası 12 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 40 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Huawei Y9” markalı mobil telefonu 576 manata satın almışdır. 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 51 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı printeri 612 manata satın almışdır. Cavabdehin MMC-yə 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli “Müqavilə” üzrə 183.60 manat ödənilməmiş hissə, 18.40 manat cərimə borcu və 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli “Müqavilə” üzrə 56.40 manat ödənilməmiş hissə və 5.60 manat cərimə borcu olmaqla, ümumilikdə 264 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 40 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 576 manat olan “Huawei Y9” markalı mobil telefonu satın almış və 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********91635 “Huawei Y9 2019 4/64GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 51 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 612 manat olan 1 ədəd "xxxx" markalı printeri satın almış və 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli müqaviləyə əsasən 1 ədəd “Canon Pixma G1410” markalı printeri markalı mobil telefon oğluna təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Huawei Y9” markalı mobil telefon üçün 183.60 manat ödənilməmiş hissə və 18.40 manat cərimə borcu, 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı printer üçün 56.40 manat ödənilməmiş hissə və 5.60 manat cərimə borcu olmaqla, ümumilikdə isə 264 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli müqaviləyə əsasən 1 ədəd “Huawei Y9” markalı mobil telefonu 576 manata və 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı printeri 612 manata satın almışdır. Cavabdehin MMC-yə 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli “Müqavilə” üzrə 183.60 manat ödənilməmiş hissə və 18.40 manat cərimə borcu və 08 sentyabr 2019-cu il tarixli 00899442nömrəli “Müqavilə” üzrə 56.40 manat ödənilməmiş hissə və 5.60 manat cərimə borcu olmaqla, ümumilikdə 264 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 948 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli müqaviləyə əsasən 1 ədəd “Huawei Y9” markalı mobil telefon üçün 202 manat, 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı printer üçün 62 manat olmaqla, cəmi 264 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli və 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli müqavilələr üzrə hesablanmış 24 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli və 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli müqavilələr üzrə ümumilikdə 242 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 sentyabr 2019-cu il tarixli 00916275 nömrəli və 08 sentyabr 2019-cu il tarixli 00899442 nömrəli müqavilələr üzrə 242 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar