Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-252/2023 28.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********74188 olan “Samsung Galaxy A01” markalı mobil telefon üçün 358 manat və 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********42061 olan "xxxx" markalı mobil telefon üçün 225 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 12 aprel 2023-cü il tarixdə xəbərnaməyə şəxsən imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 32.80 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Samsung Galaxy A01” markalı mobil telefonu 393.60 manata satın almışdır. 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 41 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 492 manata satın almışdır. Cavabdehin MMC-yə 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli “Müqavilə” üzrə 325.60 manat ödənilməmiş hissə, 32.40 manat cərimə borcu və 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli “Müqavilə” üzrə 205 manat ödənilməmiş hissə və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 583 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 32.80 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 393.60 manat olan “Samsung Galaxy A01” markalı mobil telefonu satın almış və 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********74188 “Samsung Galaxy A01 SM-A015” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 41 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 492 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********42061 olan “Samsung Galaxy A20 DS (SM-A205)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 24 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A01” markalı mobil telefon üçün 325.60 manat ödənilməmiş hissə və 32.40 manat cərimə borcu, 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 205 manat ödənilməmiş hissə və 25 manat cərimə borcu olmaqla, ümumilikdə isə 583 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A01” markalı mobil telefonu 358 manata və 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 393.60 manata satın almışdır. Cavabdehin MMC-yə 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli “Müqavilə” üzrə 325.60 manat ödənilməmiş hissə və 32.40 manat cərimə borcu və 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli “Müqavilə” üzrə 205 manat ödənilməmiş hissə və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 583 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 355 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A01” markalı mobil telefon üçün 358 manat, 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 225 manat olmaqla, cəmi 583 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli və 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli müqavilələr üzrə hesablanmış 52.40 manat məbləğində cərimə azaldılaraq 2.40 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli və 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli müqavilələr üzrə ümumilikdə 533 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 iyun 2020-ci il tarixli 20364600 nömrəli və 17 sentyabr 2019-cu il tarixli 00919307 nömrəli müqavilələr üzrə 533 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-252/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-252/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver