Məhkəmə qərarları › İş №2(030)-253/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-253/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-253/2023 28.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********01049 olan “X3 8” markalı mobil telefon üçün 313 manat və 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mini soba üçün 56 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh qızına iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 11 aprel 2023-cü il tarixdə xəbərnaməyə şəxsən imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 41.30 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X3 8” markalı mobil telefonu 515.60 manata satın almışdır. 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 20 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mini sobanı 240 manata satın almışdır. Cavabdehin MMC-yə 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli “Müqavilə” üzrə 284.20 manat ödənilməmiş hissə, 28.80 manat cərimə borcu və 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli “Müqavilə” üzrə 50.70 manat ödənilməmiş hissə və 5.30 manat cərimə borcu olmaqla, ümumilikdə 369 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 41.30 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 515.60 manat olan “X3 8” markalı mobil telefonu satın almış və 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********01049 “X3 8 3/32GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 20 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 240 manat olan 1 ədəd "xxxx" markalı mini sobanı satın almış və 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********42061 olan “Hoffmann M4570” markalı mini soba oğluna təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 27 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 284.20 manat ödənilməmiş hissə və 28.80 manat cərimə borcu, 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mini soba üçün 50.70 manat ödənilməmiş hissə və 5.30 manat cərimə borcu olmaqla, ümumilikdə isə 369 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 28 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 8” markalı mobil telefonu 515.60 manata və 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mini sobanı240 manata satın almışdır. Cavabdehin MMC-yə 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli “Müqavilə” üzrə 284.20 manat ödənilməmiş hissə və 28.80 manat cərimə borcu və 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli “Müqavilə” üzrə 50.70 manat ödənilməmiş hissə və 5.30 manat cərimə borcu olmaqla, ümumilikdə 369 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 420.70 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 313 manat, 28 noyabr 2019cu il tarixli 01081580 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mini soba üçün 56 manat olmaqla, cəmi 369 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli və 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli müqavilələr üzrə hesablanmış 34.10 manat məbləğində cərimə azaldılaraq 2.10 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli və 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli müqavilələr üzrə ümumilikdə 337 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 fevral 2020-ci il tarixli 20118890 nömrəli və 28 noyabr 2019-cu il tarixli 01081580 nömrəli müqavilələr üzrə 337 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar