Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-258/2023 19.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 28 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi”nə xitam verilməsi, kredit müqaviləsi üzrə qalmış 197500 manat əsas, 21593 manat faiz borcu olmaqla, cəmi 219093 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən 28 aprel 2024-cü il tarixədək qaytarmaq şərti ilə iddiaçı cavabadehə 200000 manat məbləğində kredit verilmişdir. Cavabdeh hal-hazıradək borc məbləğindən çox cuzi bir hissə, yəni 2500 manat ödəniş etmişdir. Cavabdeh qalıq borc məbləğdən 13700 manat ödəniş etmişdir. Ona görə də, iddianın həcminin azaldılaraq Cavabdeh 183800 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahjiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə ərizə ilə müraciət edib izahatında göstərmişdir ki, onunla İddiaçı ilə arasında bağlanmış 28 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən 28 aprel 2024-cü il tarixədək qaytarmaq şərti ilə iddiaçı ona 200000 manat məbləğində kredit vermişdir. O, isə bunun əvəzində özünə məxsus olan 2 mənzilini borcun təminatı üçün 27 aprel 2022-ci il tarixdə alqı-satqı edərək mənzili iddiaçının adına keçirmiş, alqısatqı zamanı mənzilin dəyəri 40000 manat yazılmışdır. Aralarında olan razılaşmaya əsasən borc məbləği ödənildikdən sonra iddiaçı mənzilləri onu geri qaytarmalı idi. Hazırda müqavilənin müddətinin bitməsinə 1 il qalıb. İddiaçı onun maddi imkanının əvvəlki kimi yüksək olmadığı bildiyi üçün, müqavilənin vaxtından əvvəl xitamını tələb edir. O, həmçinin maşınını satıb pulunu iddiaçıya verməsinə baxmayaraq, iddiaçı həmin məbləği əsas borcdan çıxmamışdır. Ona görə də, mənzilini satdıqdan sonra notarial qaydada 14000 manat pulu iddiaçıya vermişdir. O, müqavilənin vaxtı bitən kimi iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən müqavilənin vaxtının bitməsinə 1 il müddət qaldığı nəzərə alınaraq qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 2 saylı Gəncə regional “ASAN xidmət” mərkzəinin Notariat ofisində təsdiq edilmiş 28 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən “borc verən” - İddiaçı “borc alan” - X1 200000 manat məbləğində pulu borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasaən, “Borc alan” krediti xx.xx.2024-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinıə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin 6-cı bəndinə əsasən, “Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu notariusun bankda açılmış depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Müqavilənin 7-ci bəndinə görə, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilənin 8-ci bəndinə görə, “borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 9-cu bəndinə əasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Müqavilənin 10-cu bəndinə əsasən, bu müqaviləyə dəyişiklik və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İşə əlavə edilmiş 04 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, borc verən İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Odur ki, 28 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 14 fevral 2023-cü il tarixə kredit üzrə 197500 manat əsas, 21593 manat faiz borcu olmaqla, ümumilikdə 219093 manat borc verən İddiaçı borcunuz vardır. Odur ki, kredit borcunu 7 gün müddət ərzində ödəməyi tələb olunmuşdur. Əks təqdirdə kredit müqaviləsinin 9-10cu maddələrinin tələbinə əsasən kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş 06 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən İddiaçı Cavabdeh 200000 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin krediti 28 aprel 2024-cü il tarixədək İddiaçı qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, iddiaçıya əvvəl 2500 manat, sonra isə 13700 manat olmaqla, cəmi 16200 manat məbləğində ödəniş etmişdir. Nəticədə 183800 manat məbləğində borc ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən Cavabdeh 04 fevral 2023-cü il tarixli bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin 9-10-cu maddələrinin tələbinə əsasən kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Müqavilənin 7-ci bəndinə görə, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilənin 8-ci bəndinə görə, “borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Müqavilənin 9-cu bəndinə əasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya Mülki Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, tərəflər arasında bağlanmış “Kredit müqaviləsi”nın ləğv edilməsi və öhdəliyin icrasının vaxtından əvvəl tələb edilməsi barədə iddiaçının iddiası əsaslıdır. Belə ki, iş materiallarından, həmçinin cavabdehin özünün izahatı ilə müəyyən edilir ki, cavabdehin maddi vəziyyəti pisləşmişdir. Bu baxımdan məhkəmə müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı tələbi əsaslı hesab edir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi” ləğv edilməlidir. İddiaçı Cavabdeh oğlıundan 183800 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi” ləğv edilməli, Cavabdeh 183800 manat əsas borc məbləği alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alının iddiaçıya verilçməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi” ləğv edilməli Cavabdeh 183800 manat əsas borc və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 183900 (bir yüz səksən üç min doqquz yüz) manat məbləği alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-258/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-258/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver