Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-261/2023 31.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunu sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 06 yanvar 2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Daşkəsən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(030)-160/2021 saylı qətnaməsi ilə təyin edilmiş 100 manat məbləğində alimentin miqdarının artılıraq hər ay Cavabdeh 220 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə el adəti ilə ailə qurmuşlar və aralarındakı nikahı 19 iyul 2012-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 63 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahdan 06 yanvar 2013-cü ildə Rauf adlı bir uşaqları anadan olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 14 may 2013-cü il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş və 06 yanvar 2013-cü ildə anadan olmuş X1 üçün 40 manat məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Sonradan alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(030)-160/2021 saylı qətnaməsi ilə 06 yanvar 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh təyin edilmiş alimentdən başqa heç bir maddi köməklik göstərmir. O, isə günün tələblərinə uyğun olaraq uşağının maddi tələbatlarını ödəyə bilmir. Cavabdeh isə bir ata kimi uşağının maddi rifahı üçün heç bir iş götmür. Yaranmış vəziyyətdə iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədən alimentin miqdarının artırılaraq 220 manat məbləğində təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə el adəti ilə ailə qurmuşlar. Birgə nikahdan 06 yanvar 2013-cü ildə Rauf adlı bir uşaqlarının anadan olmuşdur. Aralarında olan narazılığa görə rəsmi qaydada boşanmışlar və Raufun saxlanılması üçün 100 manat məbləğində aliment təyin edilmişdir. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi qeyri-mümkündür. O, uşağının saxlanılması üçün aliment ödəməkdən yayınmır. Alimentin əvvəlki məbləğdə saxlanıılmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamənin” təsdiq edilmiş surətindən görünür ki, X4 06 yanvar 2013-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 17 yanvar 2013-cü il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(030)- 160/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(030)-875/2017 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmış, tərəflərin birgə nikahından 06 yanvar 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, aliment tələbi üzrə Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh və X3 ilə olan nikah ləğv eidlmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18 iyul 2013cü il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Gəncə 1 saylı mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 30 mart 2023-cü il tarixli 01038 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin ratırılması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan Cavabdeh mübahisə üzrə 30 mart 2023-cü il tarixdə saat 11:00-də keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən Cavabdeh 13 mart 2023-cü il tarixli mediasiya sesiyasının tətbiqi barədə təklif məktubu göndərilmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. və 60.1-ci maddələrinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 58.1. və 58.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Belə ki, məhkəmə baxışında müəyyən edilmiş və işin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh ilə el adəti ilə ailə qurmuşlar və aralarındakı nikahı 19 iyul 2012-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 63 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 06 yanvar 2013-cü ildə X4 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər faktiki olaraq ayrılmışlar. Cavabdeh və X3 ilə olan nikah ləğv edilmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18 iyul 2013-cü il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(030)-160/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından 06 yanvar 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı 06 yanvar 2013-cü ildə anadan olmuş X2 maddi təminatı üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay Cavabdeh 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa halları nəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən bininin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunun müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməmsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İlkin olaraq məhkəmə hesab edir ki, iddiaçının onun yanında qalan uşağının saxlanılması üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş və həmin aliment tutulduğu ildən sonrakı dövrdə uşağın böyüməsi, ölkədə iqtisadi vəziyyətin dəyişməsi, o cümlədən ilkin aliment müəyyən olunduğu 2021-ci ildən sonrakı dövrdə yaşayış minimumunun artırılması ilə əlaqədar uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İddiaçı uşağının saxlanılması üçün 220 manat məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Respublika üzrə hazırkı minimal və orta əmək haqqının miqdarına, əhalinin məşğulluq vəziyyətinə, ehtiyac meyarının və yaşayış səviyyəsinin həddinə görə də alimentin iddia edilən məbləğdə təyin olunması məqsədə uyğun deyildir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 06 yanvar 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair iddiasına münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 30 mart 2023-cü il tarixli 01038 nömrəli arayışdan görünür ki, 30 mart 2023-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmiş, Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən Cavabdeh 13 mart 2023-cü il tarixli mediasiya sesiyasının tətbiqi barədə təklif məktubu göndərilmişdir. İddiaçı tərəfindən 55 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. Ona görə də, ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(030)-160/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. Tərəflərin birgə nikahından 06 yanvar 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh 140 (bir qırx yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli manat məbləğində mediasiya xərcinin 25 (iyirmi beş) manatı məbləği Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-261/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-261/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver