Məhkəmə qərarları › İş №2(030)-271/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-271/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-271/2023 10.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 yanvar 2020-ci tarixli 20038954 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 210 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 353 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 20 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2020-ci tarixli 20038954 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 38.90 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “X3 8” markalı mobil telefonu 486.80 manata satın almışdır. Cavabdeh tərəfindən 296.40 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 15 yanvar 2020-ci tarixli 20038954 nömrəli “Müqavilə” üzrə 190.40 manat ödənilməmiş hissə və 19.60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 15 yanvar 2020-ci il tarixli 20038954 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli 20038954 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 38.90 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 486.80 manat olan 1 ədəd “X3 8” markalı mobil telefonu satın almış və “X3 8 3/32GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 yanvar 2020-ci il tarixli 20038954 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 190.40 manat ödənilməmiş hissə və 19.60 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 07 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixli 20038954 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 8” markalı mobil telefonu 486.80 manata satın almışdır. Cavabdeh tərəfindən 296.40 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 15 yanvar 2020-ci il tarixli 20038954 nömrəli “Müqavilə” üzrə 190.40 manat ödənilməmiş hissə və 19.60 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 15 yanvar 2020-ci il tarixli 20038954 nömrəli üzrə hesablanmış 19.60 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 yanvar 2020-ci il tarixli 20038954 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 192.40 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 yanvar 2020-ci il tarixli 20038954 nömrəli müqaviləyə əsasən 1 ədəd “X3 8” markalı mobil telefon üçün 192.40 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar