Məhkəmə qərarları › İş №2(030)-272/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-272/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-272/2023 12.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 mart 2020-ci tarixli 20155762 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “LG” markalı soyuducu üçün 2077 manat borc və ödənilmiş 40.77 manat dövlət rüsumu olmaqla, cəmi 2117.77 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 26 aprel 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2020-ci tarixli 20155762 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 104.90 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “LG” markalı soyuducunu 1888.20 manata satın almışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehin MMC-yə 08 mart 2020-ci tarixli 20155762 nömrəli “Müqavilə” üzrə 1888.20 manat ödənilməmiş hissə və 188.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 08 mart 2020-ci il tarixli 20155762 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 mart 2020-ci il tarixli 20155762 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 104.90 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 1888.20 manat olan 1 ədəd “LG” markalı soyuducunu satın almış və “LG GL- F502HMHU (Gümüşü)” markalı soyuducu Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 28 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08 mart 2020-ci il tarixli 20155762 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “LG” markalı soyuducu üçün 1888.20 manat ödənilməmiş hissə və 188.80 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 01 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 40.77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış üçün təmin olunmalıdır. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 08 mart 2020-ci il tarixli 20155762 nömrəli müqaviləyə əsasən 1 ədəd “LG” markalı soyuducunu 1888.20 manata satın almışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehin MMC-yə 08 mart 2020-ci il tarixli 20155762 nömrəli “Müqavilə” üzrə 1888.20 manat ödənilməmiş hissə və 188.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 08 mart 2020-ci il tarixli 20155762 nömrəli üzrə hesablanmış 188.80 manat məbləğində cərimə azaldılaraq 3 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08 mart 2020-ci il tarixli 20155762 nömrəli müqaviləyə əsasən 1 ədəd “LG” markalı soyuducu üçün 1891.20 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 40.77 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385- 1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08 mart 2020-ci il tarixli 20155762 nömrəli müqaviləyə əsasən 1 ədəd “LG” markalı soyuducu üçün 1891.20 manat borcu və ödənilmiş 40.77 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar