Məhkəmə qərarları › İş №2(030)-274/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-274/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-274/2023 10.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 fevral 2020-ci tarixli 20125367 nömrəli “Müqaviləyə” əsasən “Gorenje” markalı aspirator, plitə, fritoz, “Hoffmann” markalı soba, “LG LED” markalı televizor və “Beurer” markalı masajor üçün 2391 manat borc və ödənilmiş 43.91 manat dövlət rüsumu olmaqla, cəmi 2434.91 manat məbləğin alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 18 aprel 2023-cü il tarixdə “köçüb. bu ünvanda yaaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2020-ci tarixli 20125367 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 142.40 manat ödəməklə 18 ay müddətinə “Gorenje” markalı aspirator, plitə, fritoz, “Hoffmann” markalı soba, “LG LED” markalı televizor və “Beurer” markalı masajoru 2563.20 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 390 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 24 fevral 2020-ci tarixli 20125367 nömrəli “Müqavilə” üzrə 2173.20 manat ödənilməmiş hissə və 217.80 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 24 fevral 2020-ci tarixli 20125367 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2020-ci tarixli 20125367 nömrəli “Müqavilə”yə əsasən “Gorenje” markalı aspirator, plitə, fritoz, “Hoffmann” markalİ soba, “LG LED” markalı televizor və “Beurer” markalı masajoru satın almış, 24 fevral 2020-ci tarixli 20125367 nömrəli müqaviləyə əsasən “Gorenje WHC623E14X” markalı aspirator, “Gorenje AF1500B” markalı fritoz, “Gorenje GE680X” markalı plitə, “Hoffmann boh70f9” markalİ soba , “LG LED 32LM630” markalı televizor və “Beurer MG151” markalı masajor Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 01 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 fevral 2020-ci il tarixli 20125367 nömrəli “Müqaviləyə” əsasən “Gorenje” markalı aspirator, plitə, fritoz, “Hoffmann” markalı soba, “LG LED” markalı televizor və “Beurer” markalı masajor üçün 2173.20 manat ödənilməmiş hissə və 217.80 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 02 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 43.91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 24 fevral 2020-ci il tarixli 20125367 nömrəli müqaviləyə əsasən “Gorenje” markalı aspirator, plitə, fritoz, “Hoffmann” markalı soba, “LG LED” markalı televizor və “Beurer” markalı masajoru 2391 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 390 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 24 fevral 2020-ci il tarixli 20125367 nömrəli üzrə hesablanmış 217.80 manat məbləğində cərimə azaldılaraq 3 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24 fevral 2020-ci il tarixli 20125367 nömrəli müqaviləyə əsasən “Gorenje” markalı aspirator, plitə, fritoz, “Hoffmann” markalı soba, “LG LED” markalı televizor və “Beurer” markalı masajor üçün 2176.20 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 43.91 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 fevral 2020-ci il tarixli 20125367 nömrəli müqaviləyə əsasən “Gorenje” markalı aspirator, plitə, fritoz, “Hoffmann” markalı soba, “LG LED” markalı televizor və “Beurer” markalı masajor üçün 2176.20 manat borcu və ödənilmiş 43.91 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar