Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-275/2023 10.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********25939 olan "xxxx" markalı mobil telefon üçün 229 manat və 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 91 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 18 aprel 2023-cü il tarixdə “evdə yox” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 41.60 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 601.20manata satın almışdır. 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 42.50 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 515 manata satın almışdır. Cavabdehin MMC-yə 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli “Müqavilə” üzrə 208.20 manat ödənilməmiş hissə, 20.80 manat cərimə borcu və 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli “Müqavilə” üzrə 83 manat ödənilməmiş hissə və 8 manat cərimə borcu olmaqla, ümumilikdə 320 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 41.60 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 601.20 manat olan "xxxx" markalı mobil telefonu satın almış və 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********25939 “Samsung Galaxy A20s DS (SM-A207)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 42.50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 515 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonnı satın almış və 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********86098 olan “Samsung Galaxy A20s DS (SM-A207)” markalı mobil telefon oğluna təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 28 fevral 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 208.20 manat ödənilməmiş hissə və 20.80 manat cərimə borcu, 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 83 manat ödənilməmiş hissə və 8 manat cərimə borcu olmaqla, ümumilikdə isə 369 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 01 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 601.20 manata və 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 515 manata satın almışdır. Cavabdehin MMC-yə 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli “Müqavilə” üzrə 208.20 manat ödənilməmiş hissə və 20.80 manat cərimə borcu və 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli “Müqavilə” üzrə 83 manat ödənilməmiş hissə və 8 manat cərimə borcu olmaqla, ümumilikdə 320 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 825 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 229 manat, 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 91 manat olmaqla, cəmi 320 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli və 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli müqavilələr üzrə hesablanmış 28.80 manat məbləğində cərimə azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli və 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli müqavilələr üzrə ümumilikdə 293.20 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 fevral 2020-ci il tarixli 20078678 nömrəli və 20 dekabr 2019-cu il tarixli 01140313 nömrəli müqavilələr üzrə 293.20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-275/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-275/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver