Məhkəmə qərarları › İş №2(030)-279/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-279/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-279/2023 12.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********80577 olan “Samsung Galaxy A10” markalı mobil telefon üçün 198 manat və 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd İMEİ kodu **********20301 olan "xxxx" markalı mobil telefon üçün 422 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh göndərilmiş məhkəmə bildirişi və ona əlavə olunmuş iddia ərizəsi, 20 aprel 2023-cü il tarixdə “köçüB” poçt qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 20 manat ödəməklə 20 ay müddətinə 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonu 400 manata satın almışdır. 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 29.60 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 532.80 manata satın almışdır. Cavabdehin MMC-yə 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli “Müqavilə” üzrə 180 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu və 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli “Müqavilə” üzrə 383.60 manat ödənilməmiş hissə və 38.40 manat cərimə borcu olmaqla, ümumilikdə 620 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 20 manat ödəməklə 20 ay müddətinə alqı-satqı qiyməti 400 manat olan “Samsung Galaxy A10” markalı mobil telefonu satın almış və 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********80577 “Samsung Galaxy A10 SM-A015” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 29.60 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 532.80 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ kodu **********20301 olan “Samsung Galaxy A20S DS (SM-A207)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 04 mart 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon üçün 180 manat ödənilməmiş hissə və 18 manat cərimə borcu, 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 383.60 manat ödənilməmiş hissə və 38.40 manat cərimə borcu olmaqla, ümumilikdə isə 620 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 06 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonu 400 manata və 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 532.80 manata satın almışdır. Cavabdehin MMC-yə 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli “Müqavilə” üzrə 180 manat ödənilməmiş hissə və 18 manat cərimə borcu, 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli “Müqavilə” üzrə 383.60 manat ödənilməmiş hissə və 38.40 manat cərimə borcu olmaqla, ümumilikdə 620 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 369.20 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon üçün 198 manat, 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli müqaviləyə əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 422 manat olmaqla, cəmi 620 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığı, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli və 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli müqavilələr üzrə hesablanmış 56.40 manat məbləğində cərimə azaldılaraq 2.40 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli və 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli müqavilələr üzrə ümumilikdə 566 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 iyul 2019-cu il tarixli 00758180 nömrəli və 23 yanvar 2020-ci il tarixli 20055153 nömrəli müqavilələr üzrə 566 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar