Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-28/2023 13.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluçusu X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərisəzi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sadə elektron qolbağı yararsız vəziyyətə saldığına görə, qolbağının dəyəri kimi 2277,40 manat məbləğın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı böyük icra məmuru İİ dərəcəli ədliyyə qulluçusu X3 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 1(044)-182/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm icra olunması üçün aidiyyəti üzrə İddiaçınə göndərilmişdir. 14 dekabr 2022-ci il tarixdə Cavabdeh yaşadığı ünanda ayağına 078CE7150 seriyalı sadə elektron qolbağı bağlanaraq, bir ədəd “Attenti” markalı 35627381 seriyalı mobil nəzarət qurğusu və onun adapteri məhkuma təhvil verilmiş, elektron nəzarət vasitələrinin itiriləcəyi və ya zədələnəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salınacağı halda dəyərinin cavabdehdən tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. 09 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Cavabdeh üzərində olan sadə elektron qolbağın kəmərini kəsərək, küt alətlə əzərək sındırmışdır. 10 sentyabr 2022-ci il tarixdə Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilmiş və sadə elektron qolbağının cavabdehin zədələyib sındırdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən verilmiş arayışa görə sadə elektron qolbağının dəyəri 2277,40 manat məbləğində müəyyən edilmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barəd məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 iyul 2021-ci il tarixli ED-M- 96-21 nömrəli məktubundan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı 1 ədəd sadə elektron qolbağının dəyəri 1930 manat, ƏDV 347 manat olmaqla, cəmi 2277,40 manat təşkil edir. İşə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 1(044)-182/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh cəzacəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Cavabdeh üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:-dək tərk etməmək, elektron nəzarət vasitəsini qəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri və Daşkəsən rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişmək vəzifəsi qoyulmuşdur. Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdrilimədən saxlanılmışdır. İşə əlavə İddiaçı 09 dekabr 2021-ci il tarixli 12/2021 saylı bildiriş məktubundan görünür ki, məhkum Cavabdeh barəsində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-182/2021 saylı xx.xx.2021-ci il tarixli kökmü xx.xx.2021-ci il tarzidə icraata qəbul edilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağılı hüquq və vəzifələrinin izah edilməsi barədə 09 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 1(044)-182/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh ayağına sadə elektron qolbağ bağlanılmış və 1 ədəd 35627381 nömrəli mobil nəzarət qurğusu məhkuma təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İşə əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə 09 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 1(044)-182/2021 saylı hökmünə əsasən 1 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin, həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. 1. Sadə elektron qolbaq -1 ədəd. 2. Mobil nəzarət qurğusu – 1 ədəd. 3. Elektrik adapter – 1 ədəd. 4. Mobil nəzarət qurğusu xüsusi proqram lisenziyası – 1 ədəd. 5. Cəmi – 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat. Protokol icra məmuru X3 və məhkmu Cavabdeh tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş Daşkəsən rayon İcra və probasiya şöbəsnin 10 sentyabr 2022-ci il tarixli aktın və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə 10 sentyabr 2022-ci il tarixli protokolunun surətindən görünür ki, İddiaçı rəisi X2 və məhkum Cavabdeh iştiraka ilə akt və protokol tərtib edilmişdir ondan ötrü ki, şöbənin icraatında sonuncunun barəsində olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 1(044)- 182/2021 saylı hökmünə əsasən 12/2021 saylı nəzarət işi üzrə məhkum Cavabdeh həhvil verilmiş və aşağıda adları qeyd olunan “Attenti” markalı 35627381 nömrəli elektron nəzarət vasitəsi fotoşəkilləri çəkilməklə ondan təhvil alınmışdır. 1. 1 ədəd sadə elektron qolbağı (S/NO78CE07150 E3) – istifadəyə tam yarasız, sındırılmış vəziyyətdə, 2. 1 ədəd mboil nəzarət qurğusu –(S/N35627381, PN 063720132, REV: AOO) üzərində hər-hansı kənar təsir, əzik, sınıq və ya çartlama yoxdur, səs sistemi işləyir və işıqlandırma işləyr. 3. 1 ədəd adaptor – saz vəziyyətdə. Protokolun doğruluğu öz imları ilə təsdiq edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Cavabdeh təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün aidiyyəti üzrə İddiaçınə göndərilmişdir. İcra sənədi 09 dekabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin tarixdə Cavabdeh ayağına sadə elektron qolbağ bağlanmış və 1 ədəd 35627381 nömrəli mobil nəzarət qurğusu Cavabdeh təhvil verilmiş, məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah olunmuş və bu barədə 09 fevral 2022-ci il tarixli protokol tərtib edilmişdir. 09 sentyabr 2022-ci il tarixdə Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilmiş və Cavabdeh üzərində olan sadə elektron qolbağın kəmərini kəsərək, küt alətlə əzərək sındırıldığı müəyyən edilmişdir. 10 sentyabr 2022-ci il tarixli akt və protokol yazılmışdır. Probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən yarasız hala salınmış 1 ədəd sadə elektron qolbağının dəyəri 1930 manat, ƏDV 347 manat olmaqla, cəmi 2277,40 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu(delikt) nəticəsində iddiaçıya maddi ziyan(zərər) vurmuş, nəticədə iddiaçı əmlakının zədəsinin aradan qaldırılması üçün xərclər çəkmişdir, lakin həmin xərclər cavabdeh tərəfindən tam şəkildə iddiaçıya ödənilməmişdir, ona görə də iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, vurulmuş ziyanın əvəzi kimi 2277,40 manat məbləği Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesbaına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş miqdarda dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu» haqqında Azərbaycan Respublikası Qanunun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Ona görə də, 43 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin: Cavabdeh vurulmuş ziyanın əvəzi kimi 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləği alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesbaına ödənilsin. Cavabdeh 43 (qırx üç) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X5 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-28/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-28/2023
13.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver